Xəbərlər

Akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” traktatının təqdimatı olub

Bakı, 7 fevral, AZƏRTAC

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 10-cu beynəlxalq elmi-praktik gənclər konfransı çərçivəsində Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının (MAA) kafedra müdiri akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” traktatının təqdimatı olub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, təqdimatda Nəqliyyat texnologiyaları fakültəsinin dekanı dosent Nazim Nağıyev, İqtisadiyyat kafedrasının müdiri Səlim Müslümov, Hava nəqliyyatı fakültəsinin dekanı Firdovsi Mahmudlu, MAA-nın İstehsalat Birliyinin baş direktoru Kamal Əsgərov, Tədris şöbəsinin müdiri Sima Bidzinova, Tədqiqat-analitik şöbəsinin müdiri Fuad Mirzəyev, Aerokosmik fakültəsinin dekanı Sevda Ağayeva və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Ə.Canəhmədov əsrin intellektual nailiyyətlərin təsiri ilə yaşadığımız kainat haqqında ən fundamental fikirlərimizin necə dəyişdiyini özünəməxsus üslubda açıqlayıb. Bildirilib ki, bu əsər Azərbaycan fəlsəfə tarixində kainat, zaman, məkan və yaranış haqqında mühəndislik fəlsəfəsi yanaşması, düşüncələrinin və araşdırmalarının məhsuludur. Əsərdə müəllifin elmin, texnikanın və mühəndisliyin ən son nailiyyətlərinə əsaslanaraq sivilizasiyanın taleyi barədə düşüncələrinin əks olunması iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir iştirakçıları kitabla bağlı təəssüratlarını bölüşüb, nəşrin əhəmiyyətini vurğulayaraq müəllifə uğurlar arzu ediblər.

Kitabın elmi redaktoru Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSRİ və Rusiya Federasiyasının Dövlət mükafatları laureatı, akademik Boris Qusev, rəyçisi isə Bakı Slavyan Universitetinin professoru Cahangir Məmmədovdur.

Təqdimatın sonunda müəllif tərəfindən iştirakçılara kitablar hədiyyə olunub.

Xatırladaq ki, fevralın 4-6-da “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında Azərbaycan Gəncləri Gününə və ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace 1”in orbitə buraxılması tarixinə həsr olunan “Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 10-cu beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib.

Loading

Related posts

Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyevə qızıl döş nişanı təqdim edilib

Parvin Suleymanova

Akademik Əhəd Canəhmədovla kardiologiya üzrə professor Engin Bozkurtun görüşü

Parvin Suleymanova

Azərbaycan Mühəndislik Akademiyası ilə Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu (AzDƏMTTETİ) arasında elmi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Parvin Suleymanova

Leave a Comment