Xəbərlər

Azərbaycan alimlərinin “Texniki mexanika” dərs vəsaiti beynəlxalq müsabiqənin laureatı seçilib

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Mühəndislik Akademiyası və Milli Aviasiya Akademiyasının birgə əməkdaşlığı ilə Əhəd Canəhmədov, Ədalət Səmədov, Maksim Cavadov və Nigar Pənahova tərəfindən yazılıb nəşr olunan “Texniki mexanika” adlı dərs vəsaiti Rusiya Mühəndislik Akademiyasının elan etdiyi ilk çapçı İvan Fyodorov adına beynəlxalq müsabiqəyə təqdim olunub.

Mühəndislik Akademiyasından AZƏRTAC-a bildirilib ki, yekun nəticəyə görə, “Texniki mexanika” dərs vəsaiti müsabiqənin laureatı seçilib. Müəlliflər Rusiya Mühəndislik Akademiyasının Diplom Medalı ilə təltif olunublar.

Loading

Related posts

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

admin

Professor Əhəd Canəhmədov İstanbulda beynəlxalq konfransda məruzə edib

Parvin Suleymanova

Akademiyanın Vitse-Prezidenti akademik Əhəd Canəhmədov xanım Xoşqədəm Əliyeva ilə tibbi texnika məsələlərini müzakirə edib

Parvin Suleymanova

Leave a Comment