Xəbərlər

Akademik Əhəd Canəhmədovun elmi xidmətləri beynəlxalq mükafatla qiymətləndirilib

Bakı, 16 noyabr, AZƏRTAC

Görkəmli Azərbaycan alimi, akademik Əhəd Canəhmədov Atatürk Beynəlxalq Mükafatına layiq görülüb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib. Bildirilib ki, akademik Türkiyə Respublikasının Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsinin 2026-cı il 28 oktyabr tarixli qərarı ilə təltif edilib. Alim bu mükafata Türk dünyasının elm və təhsil sahəsinə verdiyi müstəsna töhfələrə görə layiq görülüb. Mükafatın təqdimetmə mərasimi Ankarada keçirilib.

       

Bu təltif akademik Əhəd Canəhmədovun uzunillik elmi fəaliyyətinə, eləcə də Azərbaycan elminin beynəlxalq miqyasda tanıdılmasına verdiyi töhfələrə göstərilən yüksək qiymətin ifadəsidir.

Əhəd Canəhmədov dünyaşöhrətli azərbaycanlı alim, mexanik-filosof, texnika elmləri doktoru, professordur. O, Azərbaycan Milli Aviasiya Akademiyasının “Nəqliyyat mexanikası” kafedrasının müdiridir. 2005-ci ildən Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti və baş elmi katibi vəzifələrini icra edir. Həmçinin “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalının baş redaktorunun müavinidir.

Loading

Related posts

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır

Parvin Suleymanova

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalının 10 yaşı tamam olur

admin

Hindistan Ayda kükürd və metallar tapdı

Parvin Suleymanova

Leave a Comment