Xəbərlər

Azərbaycan Mühəndislik Akademiyası ilə “Azərenerji” ASC arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Əhəd Canəhmədov ilə “Azərenerji” ASC-nin “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu”nun direktoru, akademik Arif Həşimov arasında işgüzar görüş keçirilib.

Görüş “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin təşəbbüsü ilə təşkil olunub. Görüşdə enerji sektorunda müasir texnologiyaların tətbiqi, istehsalat proseslərinin təkmilləşdirilməsi və elmi-texniki əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Milli Aviasiya Akademiyası “Elmi-İstehsalat Birliyinin” Baş direktoru, akademik Kamal Əsgərov və şöbə müdiri Ənvər İsayev iştirak ediblər. İştirakçılar elm və istehsalat arasında əlaqələrin gücləndirilməsinin, innovativ həllərin enerji sektorunda tətbiqinin və müasir texnologiyaların istehsalat proseslərinə inteqrasiyasının əhəmiyyətini vurğulayıblar.

Loading

Related posts

Akademik Arif Paşayev “STAR OF GLORY” / “ЗВЕЗДА СЛАВЫ” ordeni ilə təltif olunub

Parvin Suleymanova

“Friksion qarşılıqlı təsir mezomexanikası” monoqrafiyası çapdan çıxıb

admin

Azərbaycan Mühəndislik Akademiyasının illik ümumi hesabat yığıncağı keçirilib

Parvin Suleymanova

Leave a Comment