Xəbərlər

Azərbaycanlı alimlər Beynəlxalq Mühəndislik Akademiyasının rəhbər heyətində təmsil olunurlar

Bakı, 19 fevral, AZƏRTAC

Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) geniş tərkibdə hesabat-seçki yığıncağı keçirilib. Hesabat yığıncağında BMA-nın prezidenti akademik Boris Qusev hesabat məruzəsi ilə çıxış edib. Məruzə ətrafında müzakirələr aparılıb.

Azərbaycan Mühəndislik Akademiyasından AZƏRTAC-a bildirilib ki, vitse-prezident akademik Əhəd Canəhmədov Akademiyada görülən işlər haqqında məruzə ilə çıxış edib.

Müzakirələr yekunlaşdıqdan sonra BMA-nın rəhbərliyinə gizli seçkilər aparılıb. Beynəlxalq Mühəndislik Akademiyasına yenidən yekdilliklə akademik Boris Qusev prezident seçilib.

Azərbaycandan Azərbaycan Mühəndislik Akademiyasının Prezidenti akademik Arif Paşayev yekdilliklə Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti seçilib. Akademik Əhəd Canəhmədov BMA-nın Prezidentlər Şurasının üzvü seçilib.

Yekunda BMA-ya yeni həqiqi və müxbir üzvlər seçkisi aparılıb.

Loading

Related posts

Bəşəriyyətə süni intellektin təhlükələri barədə xəbərdarlıq edilib

Parvin Suleymanova

Müasir texnika və texnologiyaların neft sənayesində tətbiqi istiqamətində müzakirələr aparılıb

Parvin Suleymanova

Akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” əsəri Türkiyədə nəşr olunub

Parvin Suleymanova

Leave a Comment