Xəbərlər

“Mühəndislik təfəkkürünün təkamülü” kitabının təqdimatı olub

 

Bakı, 3 oktyabr, AZƏRTAC

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində akademik Əhəd Canəhmədovun “Mühəndislik təfəkkürünün təkamülü” adlı kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə akademik Əhəd Canəhmədov kitabın ərsəyə gəlməsindən danışıb. Akademik bildirib ki, kitabda mühəndislik təfəkkürünün qədim dövrlərdən bu günə qədər keçdiyi inkişaf mərhələləri sadə və maraqlı formada izah edilir. “Xüsusilə fizika və mexanika elmlərinin mühəndislik təfəkküründəki rolu önə çəkilib. Orta əsrlərdə Şərqdə və Avropada biliklərin formalaşması dövründə mühəndislik düşüncəsinin az öyrənilmiş mərhələləri də oxucuya təqdim olunur. Müəllif göstərir ki, bu təfəkkürün inkişafı ümumilikdə dünya mədəniyyətinin yüksəlişi üçün mühüm əhəmiyyət daşıyır. Kitabda, həmçinin kainata mühəndislik təfəkkürünün təkamülü baxımından yanaşılır və müasir informasiya texnologiyaları, süni intellektin yaratdığı geniş imkanlar vurğulanır. Məsələ və misallarla zəngin olan bu əsər mövzunu oxucu üçün daha anlaşıqlı edir. Kitab mexanika mühəndisliyi ixtisası üzrə “İxtisasa giriş” fənninin mühazirələrinə köməkçi vəsait kimi nəzərdə tutulub”,- deyə Ə.Canəhmədov əlavə edib.

Təqdimatda “Apostrof-A” nəşriyyat evinin müdiri Akif Dənziyev çıxış edərək kitab barədə məlumat verib.

Tədbirin moderatoru, Milli Aviasiya Akademiyasının “Elmi-İstehsalat Birliyi”nin baş direktoru, akademik Kamal Əsgərov çıxışında akademik Əhəd Canəhmədovun “Mühəndislik Fəlsəfəsinin banisi” olduğunu, dünya mühəndislik elminə verdiyi töhfələrin yüksək dəyərləndirildiyini, həmçinin onun bir çox ölkələrin orden və medalları ilə təltif olunduğunu vurğulayıb.

Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru akademik Natiq Cavadov, Milli Aviasiya Akademiyasının “Nəqliyyat texnologiyaları” fakültəsinin dekanı dosent Nazim Nağıyev, professor Elçin İsgəndərzadə çıxış edərək kitabın elmi və praktiki əhəmiyyətindən və Əhəd Canəhmədovun genişmiqyaslı yaradıcılığıdan və nümunəvi keyfiyyətlərindən danışıblar.

Milli Aviasiya Akademiyasında Əhəd müəllimin təşəbbüsü ilə yaradılan “Mexanika mühəndisliyi” ixtisasının tələbələri adından Mominət Həsənova Əsgər Əliyev çıxış edərək müəllifin və kitabın mühəndisliyin tədrisindəki dəyərinə görə təşəkürlərini bildiriblər. Tədbir iştirakçılarına kitab müəllifin avtoqrafı ilə hədiyyə olunub. Tədbirin sonunda MAA tələbələrinin iştirakı ilə xatirə şəkilləri çəkilib.

Tədbir iştirakçılarına kitab müəllifin avtoqrafı ilə hədiyyə olunub.

Loading

Related posts

Almaz nişanlı ALİM…

admin

Bakıda ilin ikinci Super Ay hadisəsi yaşandı

Parvin Suleymanova

Vətən oğlu “Vətən oğlu” ordeninə layiq görüldü

Parvin Suleymanova

Leave a Comment