Xəbərlər

Professor Əhəd Canəhmədov İstanbulda beynəlxalq konfransda məruzə edib

Bakı, 31 may, AZƏRTAC

Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri professor Əhəd Canəhmədov Türkiyənin İstanbul şəhərində keçirilən TURKEYTRIB-2023 Tribologiya üzrə 4-cü beynəlxalq konfransda “Sürtünmə düyünlərinin metal elementlərində mikroçatların paylanma qanunauyğunluğu” adlı elmi məruzə ilə müəlliflər adından çıxış edib (müəlliflər: A.M. Paşayev, Ə.X.Canəhmədov, M.Y.Cavadov).

AZƏRTAC xəbər verir ki, iki gün davam edən konfransda 13 ölkədən 100-ə yaxın alim və mütəxəssis iştirak edib. Professor Əhəd Canəhmədov məruzələr ətrafında aparılan müzakirələrdə, sual-cavablarda fəal iştirak edib.

Yekunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

 

     

Loading

Related posts

Azərbaycanlı alimlər Beynəlxalq Mühəndislik Akademiyasının rəhbər heyətində təmsil olunurlar

Parvin Suleymanova

Əhəd Canəhmədovun “Mühəndislik Təfəkkürünün Təkamülü” kitabının təqdimetmə mərasimi

Parvin Suleymanova

“Bu Ermənistanın Azərbaycana qarşı növbəti terrorudur”

admin

Leave a Comment