Xəbərlər

Magistrantlar üçün dərslik: “Materiallarda sürtünmə və tribologiyanın əsasları”

Dərslik Türk Dövlətləri Təşkilatının “Təhsil türk dövlətlərinin gələcəyidir” layihəsi çərçivəsində nəşr edilib

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyası Nəqliyyat mexanikasının kafedra müdiri akademik Əhəd Canəhmədovun və Daşkənd Dövlət Nəqliyyat Universitetinin (Özbəkistan) professoru texnika elmləri doktoru Umida Ziyamuhamədova ilə birlikdə yazdığı “Materiallarda sürtünmə və tribologiyanın əsasları” dərsliyi böyük tirajla nəşr olunub. Dərsliyin ümumi redaktoru Əhəd Canəhmədovdur.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib. Dərslik Türk Dövlətləri Təşkilatının “Təhsil türk dövlətlərinin gələcəyidir” layihəsi çərçivəsində işıq üzü görüb. Dərslik Azərbaycan və Özbəkistan ali texniki təhsil müəssisələrinin magistratura səviyyəsinin tədris planına uyğun yazılıb və nəşr olunub. Hər iki alim tribologiya elmi sahəsində beynəlxalq aləmdə tanınmış alimlərdir.

Loading

Related posts

Akademik Əhəd Canəhmədov Beynəlxalq Mühəndislik Akademiyasının iclasında məruzə edib

admin

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə ilə görüş.

admin

Akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” əsəri Türkiyədə nəşr olunub

Parvin Suleymanova

Leave a Comment