Xəbərlər

Bu gün Azərbaycanda “Od çərşənbəsi” qeyd olunur

Bu gün Azərbaycanda “Od çərşənbəsi” qeyd olunur.

Xalq arasında “Xəbərçi çərşənbə”, “Üskü çərşənbə”, “Addı çərşənbə” kimi tanınan bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir.

Od, tonqal istiliyin rəmzidir və yazın gəlişi ilə havaların isinməsinin əsas göstəricisidir.

Adət-ənənəyə görə, bu gün insanlar tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Od çərşənbəniz mübarək! Ocağınız daim isti olsun!

Qeyd edək ki, martın 12-də Yel, martın 19-da isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.

Loading

Related posts

Balababa Rzayevə “Mühəndislik Rəşadəti” qızıl medalı təqdim edildi

Parvin Suleymanova

Ramazan Bayramınız Mübarək !

Parvin Suleymanova

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır

Parvin Suleymanova

Leave a Comment