Xəbərlər

Akademik Əhəd Canəhmədov “Qızıl ulduz” medalı ilə təltif olunub

 

Bakı, 15 mart, AZƏRTAC

Dünyaşöhrətli azərbaycanlı alim, akademik Əhəd Canəhmədov Türk dünyasında təhsilin və elmin inkişafında müstəsna xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qərarına əsasən “Qızıl ulduz” medalı ilə təltif olunub. Eyni zamanda, Türk  Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının İdarə Heyətinin qərarı ilə texnika elmləri doktoru, professor Əhəd Canəhmədov akademiyanın həqiqi üzvü seçilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib.

Xatırladaq ki, Əhəd Canəhmədov tanınmış mexanik-filosofdur. Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidentidir. O, xarici ölkələrin bir sıra akademiyalarının həqiqi və əcnəbi üzvüdür, 30-dan çox monoqrafiyanın, 3 elmi kəşfin və 450-yə yaxın elmi məqalənin və patentin müəllifidir. Əhəd Canəhmədovun fundamental əsərləri ingilis dilinə tərcümə olunub, ABŞ və Avropada nəşr edilib və beynəlxalq səviyyədə tanınıb. Alimin xidmətləri beynəlxalq mükafatlara layiq görülüb və xarici ölkələrin bir çox orden və medalları ilə təltif olunub.

Loading

Related posts

Bu gün Azərbaycanda “Torpaq çərşənbəsi” qeyd olunur

Parvin Suleymanova

Akademik Əhəd Canəhmədov Beynəlxalq Mühəndislik Akademiyasının “Böyük qələbənin 75 ili” yubiley medalı ilə təltif olunub

admin

“Mühəndislik təfəkkürünün təkamülü” kitabının təqdimatı olub

Parvin Suleymanova

Leave a Comment