Uncategorized Xəbərlər

Azərbaycanda qeyd ediləcək Novruz Çərşənbələrinin tarixləri məlum olub

Bəzi qədim inanclara görə kainat 4 ünsürdən — su, od, külək və torpaqdan yaranıb.

Hər il Novruz Bayramından öncə 4 çərşənbə qeyd olunur. Çərşənbələr yazın gəlişindən xəbər verir.

Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə 2023-cü ilin ilk çərşənbəsi fevralın 21-i, axırıncı çərşənbəsi isə martın 14-nə təsadüf edəcək.

Qeyd edək ki, 2023-cü il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

Loading

Related posts

RMA-nın 35 illiyinə həsr olunmuş konfransda çıxış

Parvin Suleymanova

Help, hope, and hype: Ethical dimensions of neuroprosthetics

admin

Venezuela protests could trigger new stage in political showdown

admin

Leave a Comment