Xəbərlər

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalı beynəlxalq elmi sitatlaşma bazasına yerləşdirilib

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Mühəndislik Akademiyasının elmi orqanı olan “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalı “International Scientific Indexing” beynəlxalq elmi sitatlaşma bazasına yerləşdirilərək yüksək qiymətləndirilib və ona müvafiq sertifikat verilib.

Azərbaycan Mühəndislik Akademiyasından AZƏRTAC-a bildirilib ki, baş redaktoru akademik Arif Paşayev olan bu jurnala 2020-2021-ci illər üçün impakt faktor – 1,327 təyin edilib. Hesab edirik ki, bu, 28 may – Respublika Günü ərəfəsində Azərbaycan elminə beynəlxalq miqyasda verilən böyük qiymətdir.

Loading

Related posts

2023-cü ilin iyul ayı son 120 min ildə ən isti ay olub

Parvin Suleymanova

Akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” traktatının təqdimatı olub

Parvin Suleymanova

Bu gün bütün Azərbaycanda qürurla dalğalanan Dövlət Bayrağı Günüdür

Parvin Suleymanova

Leave a Comment