Xəbərlər

Beynəlxalq Mühəndislik Akademiyasının ümumi hesabat-seçki yığıncağı keçirilib

Bakı, 19 mart, AZƏRTAC

Beynəlxalq Mühəndislik Akademiyasının onlayn ümumi hesabat-seçki yığıncağı keçirilib.

Bu barədə AZƏRTAC-a Beynəlxalq Mühəndislik Akademiyasından məlumat verilib. Bildirilib ki, yığıncaqda Avropa, Asiya və ABŞ-dan olan akademiya üzvlərindən 339 nəfər iştirak edib. Hesabat məruzəsi ilə akademiyanın prezidenti, akademik Boris Qusev çıxış edib.

Məruzə ətrafında müzakirələrdə Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Əhəd Canəhmədov akademiyanın 2020-ci ildəki işinin əsas nəticələri haqqında məlumat verib.

Sonra Beynəlxalq Mühəndislik Akademiyasının rəhbər orqanlarına gizli səsvermə yolu ilə prezident, vitse-prezidentlər, Prezidentlər Şurasına üzvlüyünə seçkilər keçirilib.

Akademik Boris Qusev yenidən Beynəlxalq Mühəndislik Akademiyasının Prezidenti seçilib. Azərbaycan Mühəndislik Akademiyasının Prezidenti, akademik Arif Paşayev yenidən Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, həmçinin Prezidentlər Şurasının üzvü seçilib.

Akademik Əhəd Canəhmədov isə Prezidentlər Şurasının üzvü seçilib.

Ümumi yığıncaqda qərara alınıb ki, 2021-ci ilin may ayında SSRİ Mühəndislik Akademiyasının, Beynəlxalq və Rusiya Mühəndislik Akademiyalarının yaradılmasının 30-cu ildönümü qeyd olunacaq və akademiya üzvlərindən bu tədbirdə fəal iştirak etmələri xahiş olunur.

Loading

Related posts

Azərbaycan Mühəndislik Akademiyası adından Türkiyə xalqı ilə həmrəy olduğumuzu bildiririk

Parvin Suleymanova

2023-cü ildə Cavadov Maksim Yaqub oğlu Azərbaycan Mühəndislik Akademiyasının işlər müdiri təyin edilib

Parvin Suleymanova

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalı Scientific Journal Impact Factor (SJIF) Beynəlxalq Elmi Sitatlaşma Bazasına yerləşdirilib

admin

Leave a Comment