Xəbərlər

Beynəlxalq Mühəndislik Akademiyasının ümumi hesabat-seçki yığıncağı keçirilib

Bakı, 19 mart, AZƏRTAC

Beynəlxalq Mühəndislik Akademiyasının onlayn ümumi hesabat-seçki yığıncağı keçirilib.

Bu barədə AZƏRTAC-a Beynəlxalq Mühəndislik Akademiyasından məlumat verilib. Bildirilib ki, yığıncaqda Avropa, Asiya və ABŞ-dan olan akademiya üzvlərindən 339 nəfər iştirak edib. Hesabat məruzəsi ilə akademiyanın prezidenti, akademik Boris Qusev çıxış edib.

Məruzə ətrafında müzakirələrdə Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Əhəd Canəhmədov akademiyanın 2020-ci ildəki işinin əsas nəticələri haqqında məlumat verib.

Sonra Beynəlxalq Mühəndislik Akademiyasının rəhbər orqanlarına gizli səsvermə yolu ilə prezident, vitse-prezidentlər, Prezidentlər Şurasına üzvlüyünə seçkilər keçirilib.

Akademik Boris Qusev yenidən Beynəlxalq Mühəndislik Akademiyasının Prezidenti seçilib. Azərbaycan Mühəndislik Akademiyasının Prezidenti, akademik Arif Paşayev yenidən Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, həmçinin Prezidentlər Şurasının üzvü seçilib.

Akademik Əhəd Canəhmədov isə Prezidentlər Şurasının üzvü seçilib.

Ümumi yığıncaqda qərara alınıb ki, 2021-ci ilin may ayında SSRİ Mühəndislik Akademiyasının, Beynəlxalq və Rusiya Mühəndislik Akademiyalarının yaradılmasının 30-cu ildönümü qeyd olunacaq və akademiya üzvlərindən bu tədbirdə fəal iştirak etmələri xahiş olunur.

Loading

Related posts

XX əsrin ən dəhşətli cinayətlərindən biri – Xocalı soyqırımından 32 il ötür

Parvin Suleymanova

Əhəd Canəhmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü qəbul edilib

Parvin Suleymanova

Görkəmli alim, akademik Arif Paşayevin doğum günüdür

Parvin Suleymanova

Leave a Comment