Xəbərlər

Professor Əhəd Canəhmədov İstanbulda beynəlxalq konfransda məruzə edib

Bakı, 31 may, AZƏRTAC

Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri professor Əhəd Canəhmədov Türkiyənin İstanbul şəhərində keçirilən TURKEYTRIB-2023 Tribologiya üzrə 4-cü beynəlxalq konfransda “Sürtünmə düyünlərinin metal elementlərində mikroçatların paylanma qanunauyğunluğu” adlı elmi məruzə ilə müəlliflər adından çıxış edib (müəlliflər: A.M. Paşayev, Ə.X.Canəhmədov, M.Y.Cavadov).

AZƏRTAC xəbər verir ki, iki gün davam edən konfransda 13 ölkədən 100-ə yaxın alim və mütəxəssis iştirak edib. Professor Əhəd Canəhmədov məruzələr ətrafında aparılan müzakirələrdə, sual-cavablarda fəal iştirak edib.

Yekunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

 

     

Loading

Related posts

Hindistan Ayda kükürd və metallar tapdı

Parvin Suleymanova

Bu gün Azərbaycanda “Od çərşənbəsi” qeyd olunur

Parvin Suleymanova

Elm, Təhsil və Texnologiya sahəsində əməkdaşlıq üzrə Müqavilə imzalanıb

Parvin Suleymanova

Leave a Comment