Xəbərlər

Azərbaycan Mühəndislik Akademiyasında elmi-praktiki seminar keçirilmişdir

4 aprel 2022-ci il tarixində Azərbaycan Mühəndislik Akademiyasında “Kənd təsərrüfatında istehsalın və bitki genofondunun saxlanılmasının səmərəli innovativ ozonlaşdırma texnologiyalarının yaradılması və tətbiqi” mövzusunda elmi-praktiki seminar keçirilmişdir.

Akademiyanın Prezidenti, akademik Arif  Paşayev vurğuladı ki, Azərbaycan Respublikasında ilk dəfə Milli Aviasiya Akademiyası və AMEA Genetik Ehtiyatlar İnstitutunun birgə yaratdıqları səmərəli, ekoloji təmiz ozonlaşdırma texnologiyaları Nazirlər Kabinetinin müvafiq tövsiyələrinə əsaslanaraq, kənd təsərrüfatı istehsalında məhsuldarlığın, keyfiyyətin artırılması, anbarlarda itkisiz saxlanılma və Genbankda bitki genofondunun etibarlı mühafizəsi məqsədilə geniş tətbiq olunur. Bu məsələ haqqında ətraflı məlumat vermək üçün Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü Telman Nizamovu seminara dəvət etmişik. “Kənd təsərrüfatında istehsalın və bitki genofondunun saxlanılmasının səmərəli innovativ ozonlaşdırma texnologiyalarının yaradılması və tətbiqi” mövzusunda çıxış etmək üçün sözü professor Telman Nizamova verirəm.

Seminarda professor T. Nizamov və Biofiziki Cihazlar şöbəsinin müdiri Ənvər İsayev  məlumat verdilər.

Müzakirələrdə iştirak etdilər:

  1. Ədalət Səmədov, MAA-nın birinci prorektoru, professor;
  2. Zeynal Əkpərov, AMEA GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor;
  3. İmran Cümşüdov, KTN Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri, a.e.ü.f.d.;
  4. Ənvər İsayev, MAA, ETNAPİ, Biofiziki Cihazlar şöbəsinin rəisi;
  5. Akif Əsgərov, “Azərsun” MMC-nin aqrar məsələlər üzrə müşaviri;
  6. Sevinc Məmmədova, AMEA GEİ, Rüşeym plazması laboratoriyasının aparıcı elmi işçisi, b.e.ü.f.d., dosent;
  7. Ələddin Tağıyev, BM və TBETİ texniki bitkilərin seleksiyası şöbəsinin müdiri, a.e.d.;
  8. Məjlum Şükürov, “Şəki fermeri” toxumçuluq təsərrüfatının rəhbəri, sahibkar, t.e.ü.f.d.;
  9. Həqiqət Həşimova, ƏETİ, Tərtər BTS-in direktoru;
  10. Etibar İbrahimov, ƏETİ, Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d.;
  11. Rövşən Əliyev, Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-nin direktor müavini;
  12. Cumar İsayev, sahibkar;
  13. Əşrəf Mahmudov, “Mahmudov qardaşları” toxumçuluq təsərrüfatı;
  14. Sədrəddin İbrahimov, AMEA, GEİ, Texniki və yem bitkiləri şöbəsinin b.e.i., a.e.ü.f.d.

Loading

Related posts

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

Parvin Suleymanova

Azərbaycan Mühəndislik Akademiyasının 2021-ci il üçün Hesabatı

admin

NASA ilk dəfə UNO-ların varlığını qəbul edib və görüntülərini yaydı

Parvin Suleymanova

Leave a Comment