Xəbərlər

Akademik Əhəd Canəhmədov Beynəlxalq Mühəndislik Akademiyasının “Böyük qələbənin 75 ili” yubiley medalı ilə təltif olunub

Azərbaycan Mühəndislik Akademiyasının Vitse – Prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) akademiki Əhəd Canəhmədov Beynəlxalq Mühəndislik Akademiyasının “Böyük qələbənin 75 ili” yubiley medalı ilə təltif olunub.

O, bu mükafata müharibədən sonrakı illərdə mühəndislik elminin inkişafına verdiyi böyük töh­vələrinə, elm və təhsil fəaliyyətində yüksək nəaliy­yət­lərinə, yeni texnologiyaların işlənib hazırlanma­sında və tətbiqində yüksək nəticələrinə, yüksək ixti­saslı mühəndis kadrlarının hazırlanmasına və dövlətlər­arası elmi–texniki əlaqələrin inkişafında xüsusi nəa­liy­­yətlərinə görə layiq görülüb.

Bu münasibət ilə akademik Əhəd Canəhmədovu təbrik edirik və ona. fəaliyyətində uğurlar arzulayırıq.

Loading

Related posts

Beynəlxalq Mühəndislik Akademiyasının ümumi hesabat-seçki yığıncağı keçirilib

admin

Magistrantlar üçün dərslik: “Materiallarda sürtünmə və tribologiyanın əsasları”

Parvin Suleymanova

“Luna-25” stansiyası ilə əlaqə kəsildi

Parvin Suleymanova

6 comments

Aygün Yanvar 28, 2022 at 12:22 səhər

Təbrik edirik, ƏHƏD MÜƏLLİM! Uğurlarınız bol olsun. Əhəd müəllim respublikamızda mexanika sahəsində böyük elmi uğurlara imza atmış alimdir. O. tribologiyanın əsas aktual mövzularının nəzəri əsaslarını fundamental və praktiki təhlil etmiş araşdırıcı və aparıcı alimlərdən biridir. Onun bu sahədə almış olduğu elmi nəticələr Azərbaycan elminin daha da formalaşmasına xidmət edib, əldə olunan mühüm nəticələri isə respublika və beynəlxalq elmi konfrans, seminar və simpoziumlarda müzakirə edilərək, beynəlxalq səviyyədə alim və aparıcı mütəxəssislər tərəfindən qəbul olunaraq yüksək qiymətləndirilib. Ona qarşıdan gələn illərdə yaradıcı ömür və cansağlığı diləyirik.

Reply
Parvin Suleymanova Yanvar 4, 2024 at 10:54 səhər

Təşəkkür edirik!

Reply
Parvin Suleymanova Fevral 26, 2024 at 12:01 axşam

Buyurun!

Reply
Məhluqə Fevral 14, 2022 at 4:15 axşam

Böyük alim, böyük şəxsiyyət Sizi ürəkdən təbrik edirəm. Sağlam uzun ömür arzulayıram..

Reply
Parvin Suleymanova Yanvar 4, 2024 at 10:54 səhər

Təşəkkür edirik!

Reply
Parvin Suleymanova Fevral 26, 2024 at 12:01 axşam

Buyurun!

Reply

Leave a Comment