Xəbərlər

Görkəmli Azərbaycan alimi beynəlxalq medalla təltif olundu – FOTO

Görkəmli Azərbaycan alimi, akademik Əhəd Canəhmədov beynəlxalq elmi ictimaiyyət tərəfindən növbəti yüksək mükafata layiq görülüb.

Modern.az xəbər verir ki, o, Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyası (European Academy of Natural Sciences) tərəfindən təqdim olunan “Leonhard Euler” medalı ilə təltif edilib. Qeyd edək ki, akademik Əhəd Canəhmədov bu yüksək mükafata layiq görülən ilk Azərbaycan alimidir.

Mükafat alimə elm və təhsil sahəsində qlobal miqyasda göstərdiyi xidmətlərə görə verilib. Akademiyanın Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə təqdim olunan medal Əhəd Canəhmədovun illəri əhatə edən elmi fəaliyyəti, tədqiqatları və elmin inkişafına verdiyi çoxsaylı töhfələrin beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini göstərir.

“Leonhard Euler” medalı XVIII əsrin ən böyük riyaziyyatçı və alimlərindən biri hesab edilən Leonhard Eulerin (1707–1783) adınadır və müxtəlif ölkələrdən seçilmiş alimlərə təqdim olunur. Mükafat elm, təhsil və beynəlxalq elmi əməkdaşlıq sahəsində fərqlənən tədqiqatçıların təşviqi məqsədi daşıyır.

Akademik Əhəd Canəhmədovun bu mükafata layiq görülməsi Azərbaycan elminin beynəlxalq nüfuzunun artması baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir. Alimin elmi fəaliyyəti uzun illərdir ki, həm ölkə daxilində, həm də beynəlxalq elmi mühitdə böyük maraqla izlənilir.

Bu uğur Azərbaycan alimlərinin dünya elminə verdiyi töhfələrin daha bir göstəricisi olmaqla yanaşı, gənc tədqiqatçılar üçün də mühüm stimul hesab oluna bilər.

 

Eldar İskəndərzadə,

telejurnalist, Prezident təqaüdçüsü

Loading

Related posts

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır

Parvin Suleymanova

Azərbaycan “Mühəndislik elminin perspektiv məsələləri” ilə bağlı Beynəlxalq forumda təmsil olunub

Parvin Suleymanova

Azərbaycan Mühəndislik Akademiyasının Vitse-Prezidenti professor Əhəd Canəhmədovun UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasının (WFEO) 14 oktyabr 2023-cü ildə Baş Assambleyasındakı çıxışı

Parvin Suleymanova

Leave a Comment