Xəbərlər

Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri cənab Vüqar Mustafayev “20 il xidmətinə görə” qızıl döş nişanı ilə təltif edilib

Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri cənab Vüqar Mustafayev Azərbaycan Mühəndislik Akademiyasının “20 il xidmətinə görə” qızıl döş nişanı ilə təltif edilib.

Təltifetmə mərasimi zamanı döş nişanı və müvafiq vəsiqə Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov tərəfindən təqdim olunub. Tədbirdə akademik Natiq Cavadov da iştirak edib.

Qeyd edək ki, bu qərar Azərbaycan Mühəndislik Akademiyasının Prezidenti akademik Arif Paşayevin təqdimatı və AMA İdarə Heyətinin 26 noyabr 2025-ci il tarixli iclasının 09 saylı protokolunun qərarı əsasında təsdiq edilib.

Loading

Related posts

Vətən oğlu “Vətən oğlu” ordeninə layiq görüldü

Parvin Suleymanova

Beynəlxalq Mühəndislik Akademiyasının ümumi hesabat-seçki yığıncağı keçirilib

admin

“Luna-25” stansiyası ilə əlaqə kəsildi

Parvin Suleymanova

Leave a Comment