Document

AZƏRBAYCAN MÜHƏNDİSLİK AKADEMİYASI

Bütün bəşəriyyət mühəndislik fəlsəfəsinin ideya və qənaətlər enerjisindən güc alır…

AZ EN RU

How to create an awesome awesome CSS slideshow
   MENYU

Jurnalın redaksiya heyəti jurnalın elmi istiqamətinə uyğun gələn, heç bir yerdə nəşr olunmayan, digər jurnallara verilməyən məqalələrin əlyazmalarına baxır.

Hazır məqalə redaksiyaya, amaxeber@yahoo.com elektron ünvanına göndərilməlidir.

Məqalə azərbaycan, ingilis və ya rus dillərində 10 səhifədən çox olmamaq şərtilə yazıla bilər və aşağıdakıları özündə əks etdirməlidir:

  1. Məqalənin adı, müəlliflərin A.A. Soyadı, hər bir müəllifin çalışdığı müəssisənin adı və ünvanı;
  2. Müəlliflərdən birinin E-maili;
  3. Annotasiya, 1000 simvol;
  4. Açar sözlər, 6 sözdən çox olmayaraq;

Bütün bu məlumatlar hər üç dildə təqdim olunmalıdır.

  1. Giriş, İşin məqsədi, Məsələnin qoyuluşu, Məsələnin həlli, Nəticə – bölmələri ilə məqalənin mətni;
  2. UOT kodu;
  3. İstifadə olunmuş mənbələrin latın dilində transliterasiya edilmiş mətninin siyahısı (7-10 aralığında), mənbə haqqında tam məlumat. Həmçinin “Azərbaycan Mühən­dislik Akademiyasının Xəbərləri” jurnalına istinad. Siyahı təsadüfi yolla deyil, mətndəki istinadların sırasına əsasən (1, 2, 3…) tərtib olunur.
  4. Şəkil və cədvəllərin məqalənin yazıldığı dildə adları, həmçinin, onların ingilis dilinə tərcüməsi.Şəkil və cədvəllər birbaşa məqalənin mətnində onlara istinadların yanında yerləşdirilməlidir.

Redaksiyaya daxil olmuş məqalələr plagiat yoxlama prose­du­rundan keçir. Orijinallıq indeksi azı 75% olmalıdır.

Məqalələrə redaksiya heyəti tərəfindən təyin olunmuş elmlər doktorları və ya namizədləri rəy verir. Məqalələrə rəy vermək üçün redaksiya heyəti və şurası üzvləri, eləcə də aparıcı mütəxəssislər cəlb edilir. Rəyin verilmə müddəti 3 aya qədərdir. Məqaləyə mənfi rəy verildiyi halda redaksiya bu barədə müəllifə məlumat verir. Müəl­liflərin təkrar düzəlişlərindən sonra məqalə yenidən rəyçilərə gön­dərilir, sonra isə rəyçinin son rəyinə əsasən redaksiya heyəti məqa­ləni nəşr üçün təsdiqləyir və ya imtina edir. Redaksiya mətni redaktə etmək hüququna malikdir.

Mətnin yenidən yığılması zamanı yarana biləcək nöqsanları aradan qaldırmaq məqsədi ilə məqalə mətni Word for Windows formatında, Times New Roman 12 şrifti, 1,15 interval ilə elektron şəklində də redak­siyaya təqdim edilməlidir.