Hörmətli həmkarlar!
Sizi, elmi işlərinizi yeni formatda – “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalının elektron versiyasında dərc etməyə dəvət edirik. Dərc üçün materialların qəbulu 2022-ci il yanvarın 1-dən açıqdır.
Jurnal mühəndislik elminin aşağıdakı istiqamətləri üzrə məqalələri dərc edir:
- Aviasiya
- Mexanika və maşınqayırma
- Neft və qaz
- Kimya və neft-kimya texnologiyaları
- İnformasiya texnologiyaları
- Cihazqayırma
- Kənd təsərrüfatı
- Energetika
- İqtisadiyyat
- Ekologiya
- Geologiya
Məqalələrin tərtibatı və nəşri qaydaları jurnalın çap variantında olduğu kimidir. Nəşrin dövrüliyi ildə 4 dəfədir. Jurnalın çap versiyası ilə yanaşı elektron versiyasının da nəşri – online informasiya axtarış sisteminə qlobal keçid kontekstində düzgün qərardır. Ən qısa zamanda elmi işlərinizi dünya oxucu auditoriyasına təqdim edəcəyik.
Jurnalın elektron versiyası optimal format olan PDF-də nəşr olunur.
Əsərlərin elmi dəyərini və nüfuzunu artırmaq məqsədilə jurnalımız Beynəlxalq ixtisaslaşmış məlumat bazalarında yerləşdirilib, jurnala beynəlxalq indekslər və impakt faktorlar verilib və SERTİFİKATLAR təqdim edilib. Jurnalda dərc olunmuş bütün məqalələrə DOI təyin edilir.
Hesab edirik ki, xüsusilə mühəndislik elmi sahəsində informasiya və təcrübə mübadiləsi cəmiyyətin uğurlu inkişafı üçün səmərəli strategiyadır.