Qısa bioqrafiya
Cavadov Maksim Yaqub oğlu 1960-cı il fevralın 16-da Azərbaycan Respublikasının Qusar şəhərində anadan olub.
Atası – Cavadov Yaqub Zəbulla oğlu, Azərbaycan Respublikasının Qusar şəhərində anadan olub.
Anası – Cavadova Ərkinaz Məhəddin qızı, Azərbaycan Respublikasının Qusar şəhərində anadan olub.
1967-ci ildə Qusar məktəbinin 1-ci sinfinə gedib və 1978-ci ildə oranı bitirib. 1979-cu ildə Dnepropetrovsk Metallurgiya İnstitutunun Metallurgiya fakültəsinə daxil olub. 1985-ci ildə Dnepropetrovsk Dövlət Metallurgiya İnstitutunu “İstilik mühəndisliyi və metallurgiya sobalarının avtomatlaşdırılması” ixtisası üzrə bitirmişdir.
Təhsilini başa vurduqdan sonra müxtəlif təşkilatlarda işləmiş, mühəndislikdən iri sənaye və tikinti şirkətinin rəhbəri vəzifəsinə qədər yüksəlmişdir. İşlədiyi müddətdə o, özünü fəal və bacarıqlı mütəxəssis kimi göstərmişdi.
Əmək fəaliyyətinə 1985-ci ildə “AzElektroTerm” İstehsalat Birliyində başlayıb. Ardıcıl olaraq mühəndis və mühəndis-konstruktor vəzifələrində çalışmışdır.
1989-1990-cı illərdə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan tikinti idarəsinin Baş Eksperti olub.
1990-cı ildən 1999-cu ilə qədər Azərbaycan Respublikası Dövlət Təchizat Komitəsinə keçmiş, ASNAF-ın baş direktoru olmuşdur.
1999-cu ildən 2004-cü ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan tikinti idarəsinin rəisi təyin edilib.
2004-cü ildən indiyədək – ASNAF sənaye şirkətinin baş direktorudur.
Dissertantdır, təşkilati işləri elmi fəaliyyətlə birləşdirib. Tətbiqi mexanika sahəsində bir neçə elmi işi var. Sənaye binalarının təkmilləşdirilməsi üçün normativ sənədlər işləyib hazırlamışdır. Cavadov Maksim xüsusi diqqəti ölkə iqtisadiyyatının inkişafında innovativ texnologiyalara verir. O, tikinti sahəsində uzun illər çalışdığı müddətdə bir çox müasir tikinti materialları və konstruksiyalarını, ən son texnika və texnologiyaları tətbiq edib, xeyli iqtisadi səmərə əldə edib. O, tikinti sektorunda 25 ildən artıq təcrübəyə malikdir. O, Bakı şəhərində həm sənaye, həm də yaşayış üçün əla obyektlər tikib.
2012-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, 2015-ci ildə isə həqiqi üzvü seçilmişdir. 2013-cü ildə Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib.
2019-cu ildə Maksim Yaqub oğlu Cavadov “Yeni materialların və texnologiyaların işlənib hazırlanması və tətbiqi, tikinti materialları və konstruksiyaları üçün normativ sənədlər sisteminin təkmilləşdirilməsinə görə” nominasiyası üzrə Qrishmanov adına mükafatın laureatı olub.
Ailəlidir, bir qızı var.
Həyat yoldaşı – Cavadova Nailə Tacəddinovna, 1961-ci il təvəllüdlüdür, biznes sahəsində çalışır.
Qızı – Cavadova Samirə Maksim qızı, 1987-ci il təvəllüdlüdür, City of London Universitetini bitirib, hazırda biznes sahəsində çalışır.
Qohumlarından heç biri məsuliyyətə cəlb edilməyib və xaricdə yaşamır.