Xəbərlər

Əhəd Canəhmədovun “Mühəndislik təfəkkürünün təkamülü” adlı elmi-fəlsəfi traktatı çapdan çıxıb

Dünyaşöhrətli azərbaycanlı alim, mexanik-filosof, texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun “Mühəndislik təfəkkürünün təkamülü” adlı elmi-fəlsəfi traktatı çapdan çıxıb.

Nəşrin elmi redaktoru Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevdir.

Kitabda mühəndislik təfəkkürünün qədim zamanlardan bu günə qədər tarixi inkişaf mərhələləri kimi mürəkkəb məsələ haqqında qısa, sadə və maraqlı xülasə təqdim edilir. Mühəndislik təfəkkürünün inkişafı prosesində fizika və mexanika fənlərinin yeri və rolunun izahına diqqət yetirilir. Orta əsrlərdə Şərqdə və Avropada biliklərin formalaşmasında mühəndislik təfəkkürünün az öyrənilmiş mərhələləri təqdim edilir, bu təfəkkürün bütövlükdə dünya mədəniyyətinin yüksəlişi üçün əhəmiyyəti göstərilir.

Traktatda Kainatı maraqlı edən məhz müasir informasiya texnologiyaları olduğu göstərilir və gələcəyə süni intellekt mövqeyindən baxılması üçün imkan yaradılır. Müəllifin məqsədlərini daha yaxşı başa düşmək üçün əlavədə xeyli sayda misal və məsələlərin izahlı həlli verilmişdir.

Kitab mexanika və fizika sahəsində biliklərini genişləndirmək istəyən və mühəndisliyə maraq göstərənlər, eləcə də texniki universitetlərin bakalavr və magistrləri üçün nəzərdə tutulub. Bu vəsait “Mexanika mühəndisi” ixtisası üzrə “İxtisasa giriş” fənninə aid mühazirələr oxuyarkən, eləcə də elmin və texnikanın tarixi ilə maraqlanan hər kəs üçün faydalı ola bilər.

Xatırladaq ki, Əhəd Canəhmədov – dünya şöhrətli azərbaycanlı alim, mexanik-filosof, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının “Nəqliyyat mexanikası” kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti və “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalının baş redaktorun müavinidir. Xarici ölkələrin bir sıra akademiyalarının həqiqi üzvü, 40-dan çox monoqrafiyanın, 3 elmi kəşfin və 500-ə yaxın elmi məqalənin və patentin müəllifidir. Rusiyanın əməkdar mühəndisidir. O, «Elm Cəngavəri» rütbəsinə layiq görülüb. Elm və təhsil üzrə bir sıra beynəlxalq müsabiqələrin laureatıdır. Onun fundamental əsərləri ingilis dilinə tərcümə edilib, ABŞ, Almaniya və digər ölkələrdə nəşr edilib və beynəlxalq səviyyədə tanınıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Alimin xidmətləri xarici ölkələrin bir çox orden və medalları ilə qiymətləndirilib.

Loading

Related posts

2023-cü ildə Cavadov Maksim Yaqub oğlu Azərbaycan Mühəndislik Akademiyasının işlər müdiri təyin edilib

Parvin Suleymanova

Bu gün Novruzun ilk çərşənbəsi – SU ÇƏRŞƏNBƏSİDİR

Parvin Suleymanova

Azərbaycan Mühəndislik Akademiyasının İdarə Heyəti adından Akademiyanın Vitse-prezidenti Əhəd Canəhmədov RF Mühəndislik Akademiyasının “Qızıl fəxri nişanı” mükafatını akademik Ramiz Əhmədbəyliyə təqdim edir

admin

Leave a Comment