Xəbərlər

Bu gün Azərbaycanda “Torpaq çərşənbəsi” qeyd olunur

Bu gün torpağın və həyatın oyandığı “İlaxır çərşənbə” – “Torpaq çərşənbəsi”dir.

İnanca görə, “Torpaq çərşənbəsi”ndə yer oyanır, torpaq nəfəs alır.

Sonuncu çərşənbə olan “İlaxır çərşənbə” xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir. Ölkəmizin bəzi bölgələrində “İlaxır çərşənbə” hətta Novruz bayramının özü qədər təntənəli keçirilir.

İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. Bu çərşənbəyə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır.

Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz mübarək olsun!

 

Torpaqla bağlı atalar sözləri:

  • Torpaq deyər: öldür məni, dirildim səni!
  • Torpaq deyər: sən mənə tər ver, mən sənə zər verim!
  • Torpağa əyilən namərdə əyilməz.
  • Torpaqla əlləşən xoşbəxtliklə qarşılaşar.
  • Torpaqda itki olmaz, kötüksüz bitki olmaz.
  • Torpaq əkinçinin zəhməti ilə zinətlənər.
  • Torpağa var versən, o da sənə bar verər.
  • Sular hərəkətlidir, torpaq bərəkətlidir.
  • Torpağı ovuclayan-qızıl ovuclar.
  • Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör.
  • Torpaqla oynayan ac qalmaz.
  • Torpaqdan pay olmaz.

 

 

 

Loading

Related posts

Azərbaycan Mühəndislik Akademiyasının 2024-2030-cu illər üçün Fəaliyyət Konsepsiyası qəbul edilib

Parvin Suleymanova

Əhəd Canəhmədovun “Mühəndislik təfəkkürünün təkamülü” adlı elmi-fəlsəfi traktatı çapdan çıxıb

Parvin Suleymanova

Azərbaycan Mühəndislik Akademiyası UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasına üzv seçilib

Parvin Suleymanova

Leave a Comment