Xəbərlər

Azərbaycan Mühəndislik Akademiyasının 2024-2030-cu illər üçün Fəaliyyət Konsepsiyası qəbul edilib

Bakı, 5 fevral, AZƏRTAC

Azərbaycan Mühəndislik Akademiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Mühəndislik Akademiyasının 2024-2030-cu illəri üçün Fəaliyyət Konsepsiyası müzakirə olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib. Akademiyanın prezidenti akademik Arif Paşayev öz çıxışında diqqətə çatdırıb ki, Azərbaycan Mühəndislik Akademiyası UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasına (WFEO) tamhüquqlu üzv seçilib. WFEO – Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən elm və texnika sahəsində aparıcı qeyri-hökumət təşkilatı kimi tanınan, mühəndisliyin beynəlxalq səsi kimi, elm və mühəndislik sahəsində əsas qlobal problemləri həll etmək üçün, xüsusilə mühəndislik vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə kömək üçün UNESCO da daxil olmaqla BMT orqanları ilə sıx əməkdaşlıq edir.

Vurğulanıb ki, Azərbaycan Mühəndislik Akademiyasının WFEO, Beynəlxalq Mühəndislik Akademiyası və İslam Ölkələri Mühəndislik Federasiyası ilə əməkdaşlığı sahəsində mühəndislik ideyalarının dünya birliyinə inteqrasiyası sürətlənəcək, akademiyanın nailiyyətləri daha da artacaq, gələcəkdə müxtəlif ölkələrlə beynəlxalq əməkdaşlıq inkişaf edəcək və hüdudları digər akademiyalarla genişlənəcək. Bu nailiyyət aparıcı alimlər, mühəndislər və tədqiqatçılar üçün öz elmi nəticələrini bölüşmək, aktiv müzakirələrini aparmaq və texniki proqramlar hazırlamaq üçün ən yaxşı platformadır. Bu məqsədlə Azərbaycan Mühəndislik Akademiyasının 2024-2030-cu illər üçün Fəaliyyət Konsepsiyası işlənib-hazırlanıb və qəbul edilib.

Uzunmüddətli Fəaliyyət Konsepsiyası akademiyanın idarəetmə strukturunu və fəaliyyətini təkmilləşdirəcək, insanların ekosistemə mənfi təsirini azaldacaq, elm və texnika, müasir texnologiyalar sahəsində dövlət proqramlarının, strategiyaların və eləcə də hüquqi aktların müəyyənləşdirilməsində böyük rol oynayacaq. Konsepsiya ölkəmizin iqtisadi, sosial və mənəvi həyatına müsbət töhfəsini verəcək.

FƏALİYYƏT KONSEPSİYASI əlavə olunur:

 

Azərbaycan Mühəndislik Akademiyasının

2024-2030-cu illər üçün fəaliyyət

KONSEPSİYASI

Akademiya ölkə mühəndislərini öz ətrafında sıx birləşdirərək, aşağıdakıları icra edəcəklərini bəyan edirlər:

  • Elm və texnika, texnologiya sahəsində normativ hüquqi aktların, dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların hazırlanmasında, bu sahənin prioritet inkişaf istiqamətlərinin və inkişaf strategiyasının müəyyənləşdirilməsində iştirak etmək;
  • Kənd təsərrüfatı və təbii sərvətlərə diqqət yetirməyi və enerji, su, qida, torpağın münbitliyi və meşələrin qırılması arasında tarazlığı qorumaq üçün həllər hazırlamaq;
  • BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının COP29-un tövsiyələri əsasında insan fəaliyyətinin ekosistemlərə və növlərə mənfi təsirlərini azaldan həllərin işlənib hazırlanması;
  • Kompüterlərin, robotların süni intellektinin və digər texnologiyaların məsuliyyətlə, etik və təhlükəsiz şəkildə istifadə edilməsini və zərər verməməsini təmin etmək;
  • Kibertəhlükəsizlik və məxfilik riskləri ilə bağlı məsələlərin həllində daha fəal rol olmaq;
  • Etibarlı və dayanıqlı enerji təchizatını təmin edən sistem və texnologiyaları inkişaf etdirmək, tətbiq etmək və saxlamaqla enerji təhlükəsizliyini artırmaq;
  • Bərpa olunan enerji mənbələrinə əsaslanan inkişaf etməkdə olan enerji sistemlərinin etibarlılığını, təhlükəsizliyini və qənaətcilliyini təmin etmək üçün zəruri olan innovativ texnologiyalar hazırlamaq;
  • Enerji saxlama texnologiyalarını təkmilləşdirmək və enerjinin səmərəli və çevik paylanmasını təmin etmək üçün smart şəbəkələri inkişaf etdirmək;
  • İstixana qazlarının tullantılarını azaldan və qlobal istiləşmənin səbəblərini aradan qaldıran texnologiyalar, strategiyalar və həllər hazırlamaq və həyata keçirmək;
  • Sənaye və inkişaf etməkdə olan ölkələrdə mühəndislərin təhsilinə, onların peşəkar inkişafına və yeni texnologiyalar üçün təlimə dəstək;
  • Elmi innovasiyanı təşviq etmək;
  • elmi müəssisə və təşkilatlarla, ali təhsil müəssisələri ilə, təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklər və digər hüquqi şəxslərlə əməkdaşlıq etmək, sahələrarası elmi tədqiqat işlərini inkişaf etdirmək;
  • Az material istifadəsini, təkrar emalını, tullantıların idarə olunmasını təmin edən və qapalı tsikl iqtisadiyyatı dəstəkləyən, az enerji tələb edən və aşağı səviyyəli tullantıların sənaye texnologiyaları və proseslərini inkişaf etdirmək;
  • Təcrid olunmuş icmalar üçün gəlir gətirən, imkanlar yaradan texnologiyalar və həllərin hazırlanması;
  • Xüsusilə ucqar ərazilərdə diaqnostika, müalicə və səhiyyə xidmətlərinə çıxış imkanlarını təkmilləşdirən tibbi cihazların və səhiyyə texnologiyalarının layihələndirilməsi;
  • Qadınları iqtisadi, sosial və təhsil baxımından gücləndirən texnologiyaları və sistemləri inkişaf etdirmək;
  • Təmiz su və kanalizasiya həllərinə çıxışı təmin etmək;
  • Əlilliyi olan insanlar üçün əlçatan infrastrukturun yaradılması;
  • Cinayətlərin qarşısının alınması, hüquq-mühafizə və ədliyyə sistemləri üçün texnologiya həllərinə töhfə vermək;
  • İctimai nəqliyyat, velosiped zolaqları və piyada yolları kimi səmərəli və ekoloji cəhətdən təmiz nəqliyyat şəbəkələrini layihələndirmək və qurmaq, elektrik, hibrid və alternativ yanacaqla işləyən nəqliyyat vasitələrinə keçidi təmin etmək;
  • Uzunmüddətli gediş-gəliş ehtiyacını azaldan, gəzinti və velosiped sürməyi təşviq edən, qarışıq istifadəli inkişaflar yaratmaq üçün şəhər planlaşdırıcıları ilə əməkdaşlıq edərək şəhərin davamlı inkişafını dəstəkləmək.
  • Akademiyanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

Mühəndis – daim həqiqət axtarışında olan narahat insan idrakının nüvəsi kimi ideya və fikirlərin generatorudur.

        Mühəndislər – yaradıcılıqda ustadırlar, problemləri həll etmək və ya onun ətrafında işləmək üçün yeni yollar taparaq, ixtiraçılığın müdafiə üsulunu yaradaraq, dözümlülük, funksionallıq və səmərəliliyi artırmaq üçün riskləri minimuma endirirlər.

Mühəndislik peşəsinin son illərdə itirilmiş nüfuzunu bərpa etmək məqsədilə akademik Arif Paşayev 1996-cı ildən başlayaraq, yorulmadan təşkilati və təbliğati fəaliyyətlə məşğuldur. 2005-ci ildən isə mühəndislik peşəsinə yeni nəfəs gətirmək məqsədilə Milli Mühəndislik Akademiyası yaradıldı. Yeni nəsil gənc mühəndis kadrlarının hazırlanması üçün onun maddi-texniki və sosial bazasını müasirləşdirərək, beynəlxalq standartlara uyğunlaşdırır. Hazırlanmış bu Konsepsiya isə gələcək 5 il müddətində qlobal miqyasda mühəndislik məktəbinin inkişafına təkan verəcək və kadrların funksionallığını və səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaqdır.

 

Arif Paşayev

Akademik,

Mühəndislik Akademiyasının

Prezidenti

Əhəd Canəhmədov

Akademik,

Mühəndislik Akademiyasının

Vitse-Prezidenti, Baş elmi katib

 

Mühəndislik Akademiyasının 2024-2030-cu illər üçün fəaliyyət KONSEPSİYASI Akademiyanın iclasında müzakirə olunub və qəbul edilib.

 

 

Loading

Related posts

“AZƏRBAYCAN MÜHƏNDİSLİK AKADEMİYASININ JURNALI” BEYNƏLXALQ ELMİ-TEXNİK JURNALI – 10 İL

admin

Mühəndislik düşüncələrinin inkişaf mərhələləri – yeni nəşr

Parvin Suleymanova

Bu gün Novruzun ilk çərşənbəsi – SU ÇƏRŞƏNBƏSİDİR

Parvin Suleymanova

Leave a Comment