Xəbərlər

Hindistan Ayda kükürd və metallar tapdı

Hindistanın “Praqyan” lunoxodu (Ay missiyası) “Çandrayaan-3” missiyası çərçivəsində Ayın Cənub Qütbündə kükürd və oksigen, o cümlədən dəmir, titan və xrom kimi metalların izlərini aşkar edib. Bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) X (keçmiş “Twitter”) hesabında məlumat verib.

Qurum bildirib ki, hazırda hidrogen axtarışları davam edir.

Bundan əvvəl “Çandrayaan-3” missiyasının eniş modulu ilə Aya çatdırılan Hindistanın “Praqyan” aparatı Ayın səthindən yeni görüntüləri ötürüb.

Hindistan Kosmik Tədqiqatlar Təşkilatının X (Twitter) sosial şəbəkəsində yerləşdirilən görüntülər stansiyanın ön hissəsində yerləşən naviqasiya kameraları vasitəsilə çəkilib.

İstinad: buta.media

Loading

Related posts

Bakıda 21-ci Kosmik Nəsil Konqresi keçirilir

Parvin Suleymanova

Bu gün Azərbaycanda “Torpaq çərşənbəsi” qeyd olunur

Parvin Suleymanova

Azərbaycan Mühəndislik Akademiyasının illik ümumi hesabat yığıncağı keçirilib

Parvin Suleymanova

Leave a Comment