Xəbərlər

Bu həftə Yer üzünə peyk düşəcək və bu nadir hadisə olacaq!

Bu həftə istismar müddəti bitmiş kosmik peykin Yerə təhlükəsiz şəkildə qaytarılması üzrə tarixdə ilk əməliyyat baş tutacaq.

Əməliyyat uğurla tamamlanarsa, bu, gələcəkdə digər kosmik avadanlıqların təhlükəsiz şəkildə geri qaytarılması üzrə eranın başlanğıcı olacaq.

Avropa Kosmik Agentliyi (ESA) “Aeolus” peykini təhlükəsiz şəkildə orbitdən çıxarmağı planlaşdırır. Peykin iyulun 28-də planetin atmosferinə daxil olması gözlənilir, lakin onun qaytarılması missiyasına artıq iyulun 24-də başlanılıb.

“Aeolus” 2018-ci ildən bəri Yerin orbitindədir. Peyk ilkin olaraq planlaşdırılan müddətdən daha çox istismarda olub, lakin missiya yalnız 2023-cü ildə, peykin yanacağı bitdiyi zaman dayandırılıb. O vaxtdan bəri “Aeolus” sürətini artırır və yavaş-yavaş Yerə yaxınlaşır.

İyulun 24-də peyk planetin səthindən 280 kilometr hündürlüyə çatmalı idi ki, bu da ESA-ya qalan az miqdarda yanacaqdan istifadə etməklə cihazı təhlükəsiz şəkildə Yerə qaytarmaq missiyasına başlamağa imkan verib.

“Bizim gördüyümüz iş tamamilə unikaldır. Kosmik uçuşlar tarixində belə hallara rast gələ bilməzsiniz”, – deyə ESA-nın kosmik tullantılar şöbəsinin rəhbəri Holger Kraq bildirib.

Loading

Related posts

NASA ilk dəfə UNO-ların varlığını qəbul edib və görüntülərini yaydı

Parvin Suleymanova

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Parvin Suleymanova

XX əsrin ən dəhşətli cinayətlərindən biri – Xocalı soyqırımından 32 il ötür

Parvin Suleymanova

Leave a Comment