Xəbərlər

Bəşəriyyətə süni intellektin təhlükələri barədə xəbərdarlıq edilib

Süni intellektin (Sİ) inkişafı, ilk növbədə, demokratik ölkələri təhdid edə bilər. Bunu israilli tarixçi Yuval Noah Harari deyib.

Alimin fikrincə, süni intellekt insanın Yer üzündə hökmranlığını şübhə altına ala bilər. Harari izah etmişdir ki, yeni texnologiya öz-özünə işləyə, hekayələr icad edə və həmçinin unikal məzmun yarada bilər. Tarixçi, həmçinin ChatGPT kimi proqram təminatının tədqiqinə müvəqqəti moratorium çağıran bir məktub da imzalamışdır.

Человечество предупредили об опасности искусственного интеллекта

“Bu, avtoritar rejimlərdən daha çox demokratiyalar üçün təhlükə yaradır, çünki demokratiyalar ictimai dialoqa əsaslanır. Demokratiya mahiyyət etibarilə dialoqdur. İnsanlar bir-biri ilə danışırlar. Söhbət süni intellektin əlinə keçərsə, demokratiya bitər”, – Harari öz mövqeyini bildirdi.

Bundan əvvəl amerikalı sahibkar İlon Mask 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə süni intellektin böyük təsiri barədə xəbərdarlıq etmişdi. Biznesmen iddia edir ki, lazımi nəzarət olmadan sürətlə inkişaf edən süni intellekt bəşəriyyətin gələcəyi üçün real təhlükə yaradan “cəmiyyət üçün təhlükəyə” çevrilə bilər. Maskın fikrincə, neyron şəbəkələrinin imkanları artıq insanların çoxunun bacardıqlarını üstələyib.

РИА Новости

Loading

Related posts

QURBAN BAYRAMINIZ MÜBARƏK !

Parvin Suleymanova

Əhəd Canəhmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü qəbul edilib

Parvin Suleymanova

Azərbaycan Mühəndislik Akademiyasının Bakı Bəyannaməsi qəbul edilib

Parvin Suleymanova

Leave a Comment