Uncategorized Xəbərlər

4 MART – ÜMUMDÜNYA MÜHƏNDİSLİK GÜNÜDÜR

Bugün Azərbaycan Mühəndislik Akademiyası Milli Aviasiya Akademiyası və Azərbaycan Sənaye Korporasiyası ilə birlikdə Ümumdünya Mühəndislik Günü münasibətilə tədbir keçirdi.

Tədbirdə Mühəndislik Akademiyasının üzvləri, fakültə dekanları, kafedra müdirləri, mühəndislər və tələbələr – gələcək mühəndislərin nümayəndələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Əhəd Canəhmədov açaraq, Mühəndislik Akademiyasının Prezidenti akademik Arif Paşayevin salamlarını və təbrikini tədbir iştirakçılarına çatdırdı.

Sonra Əhəd Canəhmədov “4 Mart – Ümümdünya Mühəndislik Günüdür” mövzusunda məruzə etdi (məruzə əlavə olunur).

Məruzə ətrafında Mühəndislik Akademiyasının müxbir üzvləri İstehsalat Birliyinin Baş direktoru Kamal Əsgərov, Elmi-Tədqiqat İnstitutunun direktoru Aydın Musayev, fakültə dekanı, dosent Nazim Nağıyev, kafedra müdiri, dosent İslam İsgəndərov, tələbələr adından Aysel Səmədova çıxış etdilər.

    

Ümumdünya Mühəndislik Gününə həsr olunmuş tədbir iştirakçılarını Azərbaycan Sənaye Korporasiyasının  Baş direktoru, Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, iqtisad üzrə fəlsəfə doktoru Kamran Nəbizadə və “Azəralüminium” ASC-nin direktoru, Beynəlxalq və Azərbaycan Mühəndislik akademiyalarının həqiqi üzvü Maksim Cavadov onlayn rejimdə təbrik etdilər (təbriklər əlavə olunur).

Yekunda Mühəndislik Akademiyasının vitse-prezidenti vurğuladı ki, bugünkü tədbirin keçirilməsindən istifadə edərək, diqqətinizə çatdırmaq istərdim ki, 2005-ci il noyabrın 30-u Azərbaycan Mühəndislik Akademiyasının təsis olunduğu gün olduğu üçün, hər il ölkəmizdə 30 noyabr – Azərbaycan Mühəndislik Günü kimi qeyd olunsun. Bu barədə hökumət qarşısında müvafiq qaydada vəsatət qaldırılsın.

Ölkəmizdə “Azərbaycan Mühəndislik Günü”nün peşə bayramı kimi təsis edilməsi çoxsaylı mühəndislərə və gənc mühəndis kadrlarına böyük töhfə olar və bu nəcib peşənin cəmiyyətdə nüfuzunun daha da artmasına əhəmiyyətli dərəcədə təkan verər.

Təklif yetkinliklə bəyənildi.

 

AMA-nın Vitse-Prezidenti Əhəd Canəhmədovun məruzəsi:

4 MART – ÜMUMDÜNYA MÜHƏNDİSLİK GÜNÜDÜR

2020-ci ilə qədər tarixdə mühəndislik fəaliyyəti ilə bağlı hər hansı bir gün qeyd edilməyib.

4 mart 1968-ci ildə Parisdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) himayəsi altında dünyanın bir çox ölkələrindən 50 elmi və texniki birliyin nümayəndələri Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasını World Federation of Engineering Organizations (WFEO) yaratmaq üçün toplaşdılar. Beynəlxalq qeyri-hökumət təşkilatı kimi, məqsədi isə dünya üzrə çoxsahəli mühəndislik assosiasiyalarını bir araya gətirmək idi. Federasiyaya rəhbərlik Martin Konqaya həvalə olundu. Hazırda təşkilatın mühəndislik təhsilli, tədqiqat və idarəetmə sahəsində böyük təcrübəyə malik, inşaat mühəndisi Prof. Dr. José Vieira rəhbərlik edir. O, 2019-cu ildə WFEO-nun prezidenti seçilib. 2019-cu ilin noyabrında UNESCO-nun 40-cı Baş Konfransında hər il martın 4-nün Dayanıqlı İnkişaf naminə Ümumdünya Mühəndislik Günü kimi elan edilməsi ilə bağlı qətnamənin qəbul edilməsi faktı da məhz onun adı ilə bağlıdır. 2020-ci ildə bu tarixin qeyd olunmasından bəri bu, mühəndislərin nailiyyətlərinin tanınmasına həsr olunmuş ilk və yeganə beynəlxalq gündür və bundan sonra hər il 4 Mart dünyanın Davamlı İnkişafı üçün Mühəndislik Günü kimi qeyd olunacaq.

Bu gün WFEO beynəlxalq səviyyədə tanınan strukturdur və bəşəriyyətin rifahı naminə beynəlxalq və milli problemlərin konstruktiv həlli üçün mühəndislik texnologiyalarının hazırlanması və tətbiqi sahəsində aparıcı mütəxəssis kimi milli və digər beynəlxalq peşəkar qurumlarla əməkdaşlıq edir. WFEO bütün milli və beynəlxalq üzvlərini beynəlxalq perspektiv və imkan verən mexanizmlər təqdim etməklə davamlı, ədalətli dünya qurmaq üçün qlobal səylərə töhfə verməyə təşviq edir.

Mühəndislik fəaliyyəti bugünkü iş bazarında ən çox axtarılan peşələrdən biridir. Bu günü tələbələrimizlə birlikdə qeyd etmək, onları gələcək mühəndislər olmağa həvəsləndirmək üçün çox əla bir yoldur və bu məsul vəzifə alim və mütəxəssislərin üzərinə düşür.  

Bu məqsədlə bir sıra tədbirlərin həyata keçirilməsi məqsədəuyğun sayılır: gənclərə, tələbələrə ən nüfuzlu mühəndislər haqqında bəzi məlumatlar vermək; mühəndislik haqqında sənədli filmlər çəkmək və TV-də nümayiş etdirmək; peşəkar tanınmış mühəndislərlə tələbələrin görüşünü keçirmək; məktəb şagirdlərini mühəndislik və ya elmə yönəlmiş muzeylərlə tanış etmək; mühəndislərin nailiyyətlərini təbliğ etmək, mühəndislik və innovasiya texnologiyalarının əhəmiyyəti haqqında ictimaiyyəti mütəmadi məlumatlandırmaq və s. ibarətdir.

Yuxarıda qeyd etdiyimiz kimi, Ümumdünya Mühəndislik Təşkilatları Federasiyası UNESCO-nun 206-cı sessiyasının qərarı ilə bu ildən başlayaraq, ilk dəfə 4 mart günü Ümumdünya Mühəndislik Günü kimi geniş formatda qeyd edilməyə başlayır.

Qeyd etmək lazımdır ki, Dünyada Dayanıqlı İnkişafın Məqsədlərinə çatmaq üçün mühəndislik fəaliyyətinin mühüm rolu diqqət mərkəzindədir. Bu məqsədlə, Ümumdünya Mühəndislik Günü ilə əlaqədar UNESCO konfrans keçirməyi planlaşdırır.

Azərbaycan Mühəndislik Akademiyası, Milli Aviasiya Akademiyası və Azərbaycan Sənaye Korporasiyası ilə birlikdə 2 mart 2023-cü ildə mühəndislik fəaliyyəti ilə maraqlanan gənclər üçün seminar keçirməyi qərara almışdır.

Xüsusilə vurğulamaq istərdik ki, ölkəmizdə 30 noyabr 2005-ci ildə Azərbaycan Mühəndislik Akademiyası təsis edilib və bu günə kimi Dayanıqlı İnkişaf istiqamətində Məqsədlərinə çatmaq üçün öz fəaliyyətini davam etdirir. Mühəndislik Akademiyasının yaradılmasında əsas məqsəd elmi-texniki yaradıcılıqla məşğul olan mühəndisləri öz ətrafında birləşdirmək, mühəndislik proqram və layihələrin reallaşdırılmasına təkan vermək, ekoloji mühitin yaxşılaşdırılmasına yardım edəcək dövlətlərarası elmi-texniki tədqiqatların həyata keçirilməsinə yardımçı olmaqdan və s. ibarətdir.

Son illərdə ölkəmizdə fəaliyyət göstərən məhəlli sənaye parklarının yaradılması, mühəndislik sahəsində yüksək ixtisaslı kadrların hazırlanması məsələsi daha da aktuallaşır.

Ölkəmizdə və eləcə də xarici ölkələrdə yerinə yetirirlən elmi-texniki tədqiqatların nəticələri akademiyanın təsis etdiyi Beynəlxalq elmi-texniki “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalında nəşr olunur və Beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırılır. Qeyd olunanlarla eyni zamanda akademiyanın veb saytı vasitəsilə və digər elektron mətbuat orqanları ilə bütün yeniliklər və tədbirlər haqqında məlumatlar ictimaiyyətə çatdırılır.

Bugünkü tədbirin keçirilməsindən istifadə edərək, diqqətinizə çatdırmaq istərdim ki, 2005-ci il noyabrın 30-u Azərbaycan Mühəndislik Akademiyasının təsis olunduğu gün olduğu üçün, hər il 30 noyabr – Azərbaycan Mühəndislik Günü kimi ölkəmizdə qeyd olunsun. Bu barədə hökumət qarşısında müvafiq qaydada vəsatət qaldırılsın.   

Ölkəmizdə “Azərbaycan Mühəndislik Günü”nün peşə bayramı kimi təsis edilməsi çoxsaylı mühəndislərə və gənc mühəndis kadrlarına böyük töhvə olar və bu nəcib peşənin cəmiyyətdə nüfuzunun daha da artmasına əhəmiyyətli dərəcədə təkan verər.

 

Kamran Nəbizadənin təbriki:

Hörmətli tədbir iştirakçıları!

İcazə verin, sizi Azərbaycan Sənaye Korporasiyasının çoxsaylı mühəndis kollektivi adından və şəxsən öz adımdan 4 Mart Ümumdünya Mühəndislik Günü münasibəti ilə təbrik edim, xoş arzularımı bildirim və gələcək fəaliyyətinizdə uğurlar diləyim.

Mühəndislik peşəsi, onun düşünən beyni həmişə cəmiyyət tərəfindən yüksək qiymətləndirilib. Hələ XV əsrdə italiyalı dahi mütəfəkkir-filosof Leonardo da Vinçinin dediyi kimi: “Elə ki, təbiət yaratmağı dayandırır, onda mühəndis təbiəti öyrənərək, onun töhvələrindən yaralanaraq, sonsuz çeşid növləri yaratmağa başlayır.”

Əlbəttə təbiətin və insanın yaratdıqları arasında prinsipial fərqlər mövcuddur. Elmin vəzifəsi öyrətmək, mühəndisin vəzifəsi yaratmaqdır və bunların heç bir bəzək-düzəyə ehtiyacı yoxdur. İnsanın yaratdığı həyatda, sənayedə öz tətbiqini tapmalıdır. Bu cəmiyyətin inkişafı üçün ən mühüm şərtdir, çünki insan yüksək nəticələr əldə etmək qabiliyyətinə malikdir.

İlk dəfə dünyada qeyd olunan mühəndislərin bu peşə bayramı, gələcəkdə mühəndislərin fəaliyyətini stimullaşdıracaq, gənc nəslin də bu peşəyə yiyələnməsinə böyük təkan verəcəkdir.

Bir daha bayramınız mübarək!

 

Dərin hörmətlə,

Kamran Nəbizadə

Azərbaycan Sənaye Korporasiyasının Baş direktoru,

Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü,

iqtisad üzrə fəlsəfə doktoru

 

Maksim Cavadovun təbriki:

Hörmətli tədbir iştirakçıları!

İlk öncə, sizi Ümumdünya Mühəndislik Günü münasibətilə “Azəralüminium” Açıq Səhmdar Cəmiyyətinin kollektivi adından və kollektivin rəhbəri kimi öz adımdan təbrik edirəm, hər birinizə professional fəaliyyətinizdə uğurlar, xoş günlər arzulayıram.

Xoşbəxtliyi arzulayırlar, şöhrəti isə qazanmaq lazımdır, çünki xoşbəxtlik dəyişkəndir, şöhrət isə daimidir.

Biz hamımız mühəndisik, öz səsimizlə bu peşəyə sahib olmuşuq və ilbəil, addım-addım bu gün öz zəhmətimizlə cəmiyyətdə müəyyən mövqeyə sahib olmuşuq.

Nə yaxşı ki, uzun illərdən sonra Ümumdünya Mühəndislik Günü – mühəndislərin peşə bayramı təsis olundu və bu ildən başlayaraq 4 mart peşə bayramı kimi dünyada qeyd ediləcək.

Peşə bayramınız mübarək, dostlar!

 

Dərin hörmətlə,

Maksim Cavadov

“Azəralüminium” ASC-nin direktoru,

Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyalarının həqiqi üzvü

 

 

Loading

Related posts

State-owned Swedish firm Vattenfall enters UK energy market

admin

Update: Creationist geologist wins permit to collect rocks in Grand Canyon after lawsuit

admin

In Switzerland, a giant new machine is sucking carbon directly from the air

admin

Leave a Comment