Azərbaycan Mühəndislik Akademiyasının Vitse – Prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) akademiki Əhəd Canəhmədov Beynəlxalq Mühəndislik Akademiyasının “Böyük qələbənin 75 ili” yubiley medalı ilə təltif olunub.
O, bu mükafata müharibədən sonrakı illərdə mühəndislik elminin inkişafına verdiyi böyük töhvələrinə, elm və təhsil fəaliyyətində yüksək nəaliyyətlərinə, yeni texnologiyaların işlənib hazırlanmasında və tətbiqində yüksək nəticələrinə, yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasına və dövlətlərarası elmi–texniki əlaqələrin inkişafında xüsusi nəaliyyətlərinə görə layiq görülüb.
Bu münasibət ilə akademik Əhəd Canəhmədovu təbrik edirik və ona. fəaliyyətində uğurlar arzulayırıq.
6 comments
Təbrik edirik, ƏHƏD MÜƏLLİM! Uğurlarınız bol olsun. Əhəd müəllim respublikamızda mexanika sahəsində böyük elmi uğurlara imza atmış alimdir. O. tribologiyanın əsas aktual mövzularının nəzəri əsaslarını fundamental və praktiki təhlil etmiş araşdırıcı və aparıcı alimlərdən biridir. Onun bu sahədə almış olduğu elmi nəticələr Azərbaycan elminin daha da formalaşmasına xidmət edib, əldə olunan mühüm nəticələri isə respublika və beynəlxalq elmi konfrans, seminar və simpoziumlarda müzakirə edilərək, beynəlxalq səviyyədə alim və aparıcı mütəxəssislər tərəfindən qəbul olunaraq yüksək qiymətləndirilib. Ona qarşıdan gələn illərdə yaradıcı ömür və cansağlığı diləyirik.
Təşəkkür edirik!
Buyurun!
Böyük alim, böyük şəxsiyyət Sizi ürəkdən təbrik edirəm. Sağlam uzun ömür arzulayıram..
Təşəkkür edirik!
Buyurun!