Xəbərlər

Fevral məruzələri 2022: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı

Əziz dostlar!
Sizi “Fevral məruzələri 2022: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” VII beynəlxalq elmi-praktiki gənclər konfransına dəvət edirik.
Konfrans plenar məruzələrdən və paralel sessiyalardan ibarət olacaqdır.
Konfrans çərçivəsində həmçinin dəyirmi masaları da nəzərdə tutulur.
Konfrans Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə onlayn keçiriləcəkdir.
KONFRANSIN BÖLMƏLƏRİ:
1. Perspektiv aviasiya və kosmik texnologiyaları

2. Aviakosmik problemlərin həllində İKT

3. Radioelektronika

4. Aerokosmik monitorinq

5. Nəqliyyatda logistik problemlər

6. Fizika-kimya texnologiyaları

7. Nəqliyyatın iqtisadi, hüquqi və humanitar problemləri

8. Aviasiya təhlükəsizliyinin aktual problemləri

MATERİALLARIN TƏRTİBİNƏ DAİR TƏLƏBLƏR
Məqalə (tezis) mətni Azərbaycan, ingilis və ya rus dillərində, MS Word proqramında 1,0 intervalla, A4 formatda, Times New Roman 12 şriftində, səhifənin kənarları 2 sm olmaqla təqdim edilir. Məqalənin ümumi həcmi 3 səhifədən çox olmamalıdır. Məqalələr elektron poçt vasitəsilə əlavədə fayl şəklində qəbul ediləcəkdir. Məqalələrin mətnləri növbəti qeyd olunan hissələrdən ibarət olmalıdır:

a) Məqalənin adı (baş hərflərlə);

b) Müəlliflərin S.A.A.;

c) Müəssisə, şəhər, e-mail, 3×4 ölçüdə şəkil;

d) Məqalənin mətni;

e) İstifadə olunmuş ədəbiyyat;

f) annotasiya.
Ədəbiyyat siyahısında hər bir istinad mənbənin adı məqalədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnir.
Məqalədə cədvəl və şəkillər növbəti formada nömrələnir: mətndən 1,0 interval buraxılmaqla cədvəlin yuxarısında, sağdan (məs., “cədvəl 1. cədvəlin adı”), şəklin altında, ortadan (məs., “şəkil 1. şəklin adı” ).
Azərbaycan və rus dillərində olan məruzələrə, əlavə olaraq ingilis dilində məqalənin adı, müəllifin S.A.A. göstərilməklə qısa annotasiya (500 çap simvoluna qədər) təqdim olunur. İngilis dilində olan məqalələrə Azərbaycan və ya rus dilində annotasiya yazılır.
Məqalədə verilən məlumatlara görə müəllif məsuliyyət daşıyır.
Konfransda çıxış etməyən müəlliflərin məqalələri, eləcə də proqram komitəsi tərəfindən müsbət rəy verilməyən və ya konfransın şərtlərinə uyğun olmayan materiallar topluda çap olunmur.
Materiallar aşağıdakı elektron ünvanlardan birinə 22 yanvar 2022-ci il tarixinə kimi göndərilməlidir:
e-mail:
khabdullayev@naa.edu.az (Xəqani Abdullayev)
dfh54@rambler.ru (Fuad Dadaşov)
Konfransda magistrantlar, doktorantlar və gənc tədqiqatçılar iştirak edə bilər.
Məqalələrin dərci üçün vəsait ödənilmir.
Konfransın dili: Azərbaycan, rus və ingilis

Daha ətraflı məlumat üçün yazıya klikləyin: Elan Fevral meruzeleri-2022 !

Loading

Related posts

Akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının “Böyük qələbənin 75 ili” yubiley medalı ilə təltif olunub

admin

Müasir texnika və texnologiyaların neft sənayesində tətbiqi istiqamətində müzakirələr aparılıb

Parvin Suleymanova

Akademik Əhəd Canəhmədovla kardiologiya üzrə professor Engin Bozkurtun görüşü

Parvin Suleymanova

Leave a Comment