Xəbərlər

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalı beynəlxalq məlumat baza təşkilatlarının sertifikatlarını alıb

Bakı, 9 dekabr, AZƏRTAC

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” elmi-texniki jurnalının baş redaktoru akademik Arif Paşayevin mütəmadi diqqəti nəticəsində jurnal beynəlxalq standartlara cavab verən formatda yenilənir.

AZƏRTAC xəbər verir ki, bu günlərdə jurnalın ölkəmizdə ilk dəfə beynəlxalq məlumat baza təşkilatları – “Scientific Journal Impact Factor” (SJIF) və “Internatiaonal Scientific Indexing” (ISI) tərəfindən beynəlxalq elmi sitatlaşma bazasına yerləşdirilmsi üçün qərar qəbul edilib və yüksək qiymətləndirilərək jurnala müvafiq sertifikatlar verilib. Eyni zamanda, jurnala SJIF tərəfindən 2017-ci il üçün impakt faktor 6.394, 2018-ci il üçün 7.052, 2019-cu il üçün 7.416, 2020-ci il üçün 8.042, 2021-ci il üçün 8.38 və ISI tərəfindən 2020-ci il üçün impakt faktor 1.327 təyin edilib.

Bu yeniliklər jurnalda dərc olunan elmi-texniki məlumatın beynəlxalq arenada paylaşılmasında səmərəliliyi, çevikliyi artıracaq. Eyni zamanda, jurnalın beynəlxalq sitatlaşma reytinqini yüksəldəcək, daha geniş miqyasda informasiya mübadiləsi aparmağa kömək göstərəcək və elmi auditoriyalarda tanınmasında mühüm rol oynayacaq.

Loading

Related posts

Bu həftə Yer üzünə peyk düşəcək və bu nadir hadisə olacaq!

Parvin Suleymanova

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

Parvin Suleymanova

Azərbaycanda qeyd ediləcək Novruz Çərşənbələrinin tarixləri məlum olub

Parvin Suleymanova

Leave a Comment