Xəbərlər

Azərbaycan Mühəndislik Akademiyasının bəyanatı

27 sentyabr 2020-ci il tarixindən başlayaraq son günlər ərzində Ermənistan
Respublikasının işğalçı ordusunun 30 ildən artıq bir müddətdə zəbt etdiyi
Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində yenidən fəallaşaraq “daha
çox ərazi ələdə etmək” məqsədilə təxribat törətmiş, atəşkəs rejimini ciddi surətdə
pozaraq hücuma cəhd göstərmişlər. Buna qədər Ermənistanın siyasi rəhbərliyinin
verdiyi bəyanatların, atdığı addımların mahiyyətindən məlum olmuşdur ki, işğalçı
rejim beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun səylərinə, BMT-nin
Təhlükəsizlik Şurasının üç qətnaməsinə məhəl qoymadan yeni müharibəyə
hazırlaşır, daha çox ərazi işğal etmək istəklərini reallaşdırmaq niyyətindədirlər. Bu
barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyev müxtəlif görüşlərdə, xüsusilə BMT-nin 75 illiyinə
həsr olunan videokonfransda ətraflı şəkildə məlumat vermiş, Ermənistanın işğalçı
rejiminin qarşısının alınmasının, zəbt olunmuş ərazilərimizdən Ermənistan
qoşunlarının çıxarılmasının vacib olduğunu bir daha nəzərə çatdırmışdır. Lakin
ikili standartlara vərdiş edən beynəlxalq təşkilatlar deyilənlərin dinləsələr də
eşitməkdən imtina etdlər. Bu gün reallaşan hərbi əməliyyatlar deyilənlərin
həqiqiliyini sübut etdi. Münaqişənin sülh yolu ilə nizamlanmasını üzərinə götürən
ATƏT-in Minsk Qrupunun fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi 30 ildə
konfliktin həlli istiqamətində heç bir müsbət addımın atılmasını təmin etmədi,
əksinə ermənilərin konfliktin status-kvoya əsaslanan konservasiyasına xidmət etdi.
Aydın məsələdir ki, Azərbaycan bu vəziyyətlə heç vəhclə barışmayacaqdı. Qeyd
etmək yerinə düşər ki, Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən
etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində
başlatdığı hərbi təxribatlar da bu qarşıdurmanın başlanması üçün bəhanə kimi
düşünülmüşdü. Bu gün Azərbaycan Ordusu düşmənin 27 sentyabrdan başlanan
hücumlarına qarşı başladığı əks hücumla öz üzərinə düşən haqq işini həyata keçirir
və ərazilərimizin azad edilmiəsinə çox böyük uğurla davam edir. Bu Azərbaycanın
haqq işidir və bütün beynəlxalq qanunlara, beynəlxalq hüququn ixtiyar verdiyi
normalara uyğundur.
Azərbaycan Mühəndislik Akademiyasının ziyalı kollektivi olaraq Azərbaycan
xalqının haqq işinə dəstək olduğumuzu, hər cür təcavüzə yox dediyimizi,
Azərbaycanın Şanlı Ordusunun apardığı Böyük Vətən Müharibəsində qəhrəman
Azərbaycan Əsgərinin yanında olduğumuzu bəyan edirik. Ən yaxın zamanlarda
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
zəfər qazanacağımıza, Qələbə gününü qeyd edəcəyimizə tam əminik və ürəkdən
inanırıq! Qarabağ Azərbaycandır! Qələbə bizimlədir! Yaşasın Azərbaycan!!!

Loading

Related posts

Akademiyanın Vitse-Prezidenti akademik Əhəd Canəhmədov xanım Xoşqədəm Əliyeva ilə tibbi texnika məsələlərini müzakirə edib

Parvin Suleymanova

QURBAN BAYRAMINIZ MÜBARƏK !

Parvin Suleymanova

Kainatın dərki və ya aləmə fərqli baxış…

admin

Leave a Comment