Azərbaycan mühəndIsI
Mühəndis – daim Həqiqət axtarışında olan narahat insan, biliyin özəyi kimi yaradıcı təkamülün qurucusu, ideya və düşüncələr generatorudur!
Əhəd Canəhmədov
Azərbaycanda mühəndislik tarixi inkişaf, innovasiya və dünya elminə və sənayesinə töhfə yoludur. Azərbaycan mühəndisləri maşınqayırmanın, neft sənayesinin yaradılmasında, infrastrukturun qurulmasında və müasir texnologiyaların inkişafında əsas rol oynayıblar.
Mühəndislik keçmişdən bu günə qədər insanın təbiət və texnologiya ilə münasibətini formalaşdıran əsas sahələrdən biridir. Əsrlər boyu mühəndislər cəmiyyətin inkişafına təkan verən ideyaların və qurğuların memarları olub. Müasir dövrdə də mühəndislik elmlərə əsaslanan texnika və texnoloji yenilikləri reallaşdırır, həm də sosial və ətraf mühit problemlərinin həllində həlledici rol oynayır.
![]()
