Azərbaycan Mühəndislik Akademiyası boş olan həqiqi – 1 və müxbir üzv – 4 yerlərinə seçilmək üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini akademiyanın Baş elmi katibinə 1 ay müddətinə təqdim etməlidir.
Təqdim olunacaq sənədlərin siyahısı:
- Akademiyanın Prezidentinin adına ərizə (elmi istiqaməti göstərməklə);
- Şəxsiyyət vəsiqəsinin surəti – 1;
- Təqdim edən təşkilatdan və ya Mühəndislik Akademiyasının həqiqi üzvündən təqdimat – 1;
- Kadrın qeydiyyat şəxsi vərəqi – 1;
- Avtobioqrafiya – 1;
- Ali təhsil haqqında diplomun surəti – 1;
- Elmi dərəcə və rütbəsi haqqında diplomların surəti – 1;
- Yaradıcılıq fəaliyyəti haqqında arayış – 1;
- Elmi əsərlərin siyahısı – 1;
- Foto 3×4 sm – 1.
Azərbaycan Mühəndislik Akademiyası
AMA-ya həqiqi və müxbir üzvlərinin seçilməsi üçün problem və istiqamətlərin siyahısı
- Aviakosmos;
- Su təsərrüfatı və hidrotexnika;
- Hərbi-texniki problemlər;
- Mühəndis mexanikası;
- Mühəndis ekologiyası və ehtiyat toplama;
- Faydalı qazıntıların geologiyası, çıxarılması və emalı;
- Dəmir yolu nəqliyyatı;
- Informasiya sistemləri, hesablama və elektron texnikası, rabitə və telekommunikasiya;
- Maşınqayırma, materialşünaslıq və texnologiya;
- Neft-qaz avadanlıqları və texnologiya;
- Mühəndis təhsilinin problemləri;
- İdarəetmə sistemləri, diaqnostika və cihazqayırma;
- İnşaat;
- Gəmiqayırma;
- Yüngül sənayenin texnologiyası;
- Yeyinti sənayesinin texnologiyası;
- Kimya texnologiyası;
- Energetika;
- Yerüstü komplekslər, buraxılış avadanlıqları uçan aparatların və onların sistemlərinin istismarı;
- Naviqasiya və havada hərəkətin idarə edilməsi;
- Mühəndislik fəaliyyətinin iqtisadiyyatı, hüququ və idarə olunması;
- Mühəndislik fəaliyyətinin hüquqi problemləri;
- Tibbi-texniki problemlər.
ƏRİZƏ FORMASI:

Əlaqə üçün: 055-982-05-05, 012- 598-24-52 (Pərvin xanım)
amaxeber@gmail.com
![]()
