Xəbərlər

VAKANSIYA

VAKANSİYA

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalına
TEXNİKİ REDAKTOR vəzifəsinə əməkdaş tələb olunur.

Tələblər:

  • Rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
  • Elmi mətnlərin redaktəsi, yoxlanması və səhifələnməsi üzrə bacarıq;
  • Akademik üslub, terminologiya və məzmun redaktəsi sahəsində təcrübə üstünlükdür;
  • Jurnalın texniki tərtibat qaydalarına uyğun olaraq məqalələrin texniki redaktəsi;
  • OJS sistemi ilə işləmə bacarığı (üstünlük verilir);
  • Məsuliyyətli, dəqiq və operativ işləmə qabiliyyəti.

Vəzifə öhdəlikləri:

  • Jurnala daxil olan məqalələrin e-mail və sayt üzərindən qəbulu, texniki tələblərə uyğun hazırlanması;
  • Mətn, şəkil, cədvəl və ədəbiyyat siyahısının formatlanması;
  • DOI, metadata və digər texniki parametrlərin düzgünlüyünün yoxlanması;
  • Redaksiya heyəti ilə koordinasiyalı şəkildə işləmək;
  • Jurnalın nömrələrinin yığılması və çap/elektron versiya üçün hazır vəziyyətə gətirilməsi.

Təhsil və təcrübə:

  • Ali təhsil (humanitar, texniki və ya tətbiqi sahələrdən biri);
  • Redaktə və ya nəşriyyat sahəsində təcrübə arzuolunandır.

İş şəraiti:

  • İş qrafiki: Tam ştat
  • İş saatı 0900-1800, fasilə 1300-1400 (dövlət bayramları və hüzn günləri qeyri-iş günüdür)
  • İş öyrədilir
  • Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.

Müraciət qaydası:

CV-nizi aşağıdakı ünvana göndərməyiniz xahiş olunur:
📧 amaxeber@gmail.com

 

Əlaqə nömrələri:

📞 (012) 598-24-52

📞  (055) 982-05-05— Pərvin xanım

 

📅 Son müraciət tarixi: 10.02.2026

Loading

Related posts

RMA-nın 35 illiyinə həsr olunmuş konfransda çıxış

Parvin Suleymanova

Bu gün bütün Azərbaycanda qürurla dalğalanan Dövlət Bayrağı Günüdür

Parvin Suleymanova

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Parvin Suleymanova

Leave a Comment