Xəbərlər

Akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” əsəri Türkiyədə nəşr olunub

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri, dünyaşöhrətli alim, akademik Əhəd Canəhmədovun yaradıcısı olduğu mühəndislik fəlsəfəsi elmi üzrə yazdığı silsilə kitablar, o cümlədən “Kainat haqqında düşüncələr: mühəndislik fəlsəfəsindən yanaşma” (elmi-fəlsəfi traktat) dünya alimlərinin böyük marağına səbəb olub.

AZƏRTAC xəbər verir ki, dünyanın görkəmli alimlərinin bu elm sahəsinə olan böyük diqqətini nəzərə alaraq, bu günlərdə Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Elmi şurasının qərarı ilə yuxarıda adı qeyd olunan kitab türk dilinə çevrilərək “Evren Üzerine Düşünceler: Mühendislik Felsefesiyle Yaklaşım” adı altında nəfis şəkildə, böyük tirajla nəşr edilib.

Əsər Türkiyənin və Türk dünyasının önəmli universitet, akademiya və digər elm və təhsil müəssisələrinə hədiyyə olaraq göndərilib.

Kitabın elmi redaktoru və ön sözün müəllifi Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, akademik Boris Qusev, Türkiyə türkcəsinə uyğunlaşdıranlar isə professor Elçin İsgəndərzadəAyişə Nəbilidir.

Qeyd edək ki, Əhəd Canəhmədov xarici ölkələrin bir sıra akademiyalarının həqiqi üzvü, 50-dən çox monoqrafiyanın, kitab və dərsliyin, 3 elmi kəşfin, 500-ə yaxın elmi məqalənin və patentin müəllifidir. Rusiyanın Əməkdar mühəndisidir. O, “Elm Cəngavəri” rütbəsinə layiq görülüb. Elm və təhsil üzrə bir sıra beynəlxalq müsabiqələrin laureatıdır. Onun fundamental əsərləri ingilis dilinə tərcümə edilib, ABŞ, Almaniya, Türkiyə və digər ölkələrdə nəşr edilib və beynəlxalq səviyyədə tanınıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Alim xarici ölkələrin bir çox orden və medallarına da layiq görülüb.

Loading

Related posts

Akademik Əhəd Canəhmədovla kardiologiya üzrə professor Engin Bozkurtun görüşü

Parvin Suleymanova

Elm, Təhsil və Texnologiya sahəsində əməkdaşlıq üzrə Müqavilə imzalanıb

Parvin Suleymanova

Akademik Əhəd Canəhmədovun “Kainatı izah edərkən: Mühəndislik fəlsəfəsi” kitabı çapdan çıxıb

Parvin Suleymanova

Leave a Comment