Xəbərlər

“Luna-25” stansiyası ilə əlaqə kəsildi

“Luna-25” avtomatik planetlərarası stansiya ilə əlaqə kəsilib.

Bu barədə “Roskosmos” məlumat yayıb. İlkin ehtimala görə, “Luna-25” nəzərdə tutulmamış kənar orbitə keçib və Ayın səthi ilə toqquşub.

Qeyd edək ki, avqustun 21-də Rusiyanın “Luna-25” avtomatik planetlərarası stansiyasının Ayın cənub qütbünə enməsi planlaşdırılsa da, bu, baş verməyib və avqustun 19-da “Roskosmos” “Luna-25”in göyərtəsində “nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb. Bildirilmişdi ki, avqustun 19-da “Luna-25”in uçuş proqramına uyğun olaraq, saat 14:10-da (Bakı vaxtı ilə 15:10) stansiyanın enişdən qabaq orbitə keçirilməsi üçün impuls verilib. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində nəzərdə tutulmamış vəziyyət yaranıb və bu, verilən parametrlərlə manevr etməyə imkan verməyib.

Qeyd edək ki, bu, Rusiyanın müasir tarixində ilk Ay missiyası idi. Əvvəlki stansiya “Luna-24” 1976-cı ildə Sovet İttifaqı tərəfindən buraxılıb. Luna-25 avqustun 11-də Amur vilayətindəki Vostoçnıy kosmodromundan buraxılıb. Avqustun 21-də o, tarixdə Ayın Cənub Qütbünə enən ilk stansiya olmalı idi. Missiya zamanı cihaz yumşaq eniş texnologiyasını işləyib hazırlamalı və resursların, o cümlədən suyun kəşfiyyatı ilə məşğul olmalı idi.

Loading

Related posts

Akademik Əhəd Canəhmədovla kardiologiya üzrə professor Engin Bozkurtun görüşü

Parvin Suleymanova

Fevral məruzələri 2022: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı

admin

Bu gün bütün Azərbaycanda qürurla dalğalanan Dövlət Bayrağı Günüdür

Parvin Suleymanova

Leave a Comment