Xəbərlər

Azərbaycan “Mühəndislik elminin perspektiv məsələləri” ilə bağlı Beynəlxalq forumda təmsil olunub

Bakı, 18 may, AZƏRTAC

Beynəlxalq Mühəndislik Akademiyasının təşkilatçılığı ilə Moskvada “Mühəndislik elminin perspektiv məsələləri” mövzusunda keçirilən XIV beynəlxalq elmi forumda ölkəmizi Azərbaycan Mühəndislik Akademiyası təmsil edib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, hibrid formatda keçirilən forumda 8 ölkədən, Rusiya Federasiyasının 22 regionundan 100 təşkilatın nümayəndələri iştirak ediblər.

 

Forumu giriş sözü ilə Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti akademik Boris Qusev açıb. Beynəlxalq tədbirdə Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayevin “Mühəndis kadrlarının intellektual potensialı – Azərbaycanın strateji resursudur”, Əhəd Canəhmədov və Maksim Cavadovun “Tribokontaktların enerji səviyyələri və materialların triboloji xüsusiyyətlərinin qiymətləndirilməsi” mövzularında məruzələri dinlənilib.

     

Hər iki məruzə rəğbətlə qarşılanıb və forumun məqalələr toplusunda nəşr olunması tövsiyə edilib.

Bütövlükdə topluya 65 məqalənin daxil edilməsi tövsiyə olunub.

Loading

Related posts

Azərbaycan Türkiyə ilə aeronaviqasiya sahəsində əməkdaşlığı inkişaf etdirir

Parvin Suleymanova

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalının 10 yaşı tamam olur

admin

Ümumdünya Mühəndislik Günü münasibətilə tədbir keçirilib

Parvin Suleymanova

Leave a Comment