Azərbaycan Mühəndislik Akademiyasi haqqinda qisa məlumat
Azərbaycan Mühəndislik Akademiyası yarandığı 2005-ci ildən, elmi-texniki tərəqqinin və mühəndislik fəaliyyətinin inkişafına kömək edir, mühəndislərin və alimlərin peşə birliyini dəstəkləyir, həmçinin ekspertizaların aparılmasmda tədqiqat işlərinin, layihələrin və proqramların həyata keçirilməsinə yardım göstərir. Akademiya müstəqil elmi-texniki təşkilat olaraq, qısa müddət ərzində ölkəmizdə fəaliyyət göstərən aparıcı mühəndis və ekspertləri birləşdirən cazibədar bir quruma çevrilmişdir. Azərbaycan Mühəndislik Akademiyasının əsas fəaliyyət istiqamətləri ölkənin alim və mühəndislərinin yaradıcılıq imkanlarının təmin edilməsi, mühəndislik fəaliyyəti sahəsində intellektual potensialın artırılması və səmərəli istifadə olunması, çox mühüm və perspektivli tədqiqat və innovasiya proqramlarının işlənib hazırlanması və onların həyata keçirilməsinə kömək göstərilməsi, xalq təsərrüfatı üçün böyük əhəmiyyəti olan və Azərbaycan iqtisadiyyatının inkişafının əsas istiqamətlərində elmi-texniki tərəqqinin sürətləndirilməsini təmin edən prinsipcə yeni texnika, texnologiya və material növlərinin fundamental elmlərin nailiyyətləri əsasında yaradılması və tətbiqindən ibarətdir.
Hazırda, Azərbaycan Mühəndislik Akademiyasının həqiqi və müxbir üzvlərinin sayı 40 nəfərdən ibarətdir, onlardan 23-ü akademik, 17-si müxbir üzvlərdir. Nəzərə alsaq ki, akademiyanın üzvləri elm və texnikanın müxtəlif sahələrində fəaliyyət göstərir, onların yerinə yetirdiyi elmi-tədqiqat və təcrübə-konstruktor işləri də çoxşaxəlidir.
Müasir dünyada enerji təhlükəsizliyi və elmtutumlu texnologiyalar iqtisadiyyatın və sosial sahənin inkişafında avanqard rol oynayır. Məhz bu sahədə elmi fəaliyyət əldə etmək üçün tələbatı müəyyənləşdirir, maddi və informasiya yenilikləri üçün təkliflər bazası yaradır. Elm tutumlu sektorun ölçüsü və miqyası, qabaqcıl texnologiyalardan istifadə, ölkənin elmi-texniki və iqtisadi potensialını xarakterizə edir.
Azərbaycan Prezidenti enerji layihələrinin reallaşdırılması və elmtutumlu sahələrin genişləndirilməsini məsələlərini diqqət mərkəzinə çəkib. Demək olar ki, bu vəzifələrin həlli yeni sənaye sahələrinin yaradılmasına, struktur dəyişikliklərinə gətirib çıxaracaq, mobil və multimedia, nano və kosmik texnologiyalar, robot texnikası, gen mühəndisliyi, yeni enerji mənbələrinin axtarışı və ixtirasına gətirib çıxaracaqdır.
Ölkə və eləcə də, beynəlxalq elmi, texnoloji və innovasiya istiqamətlərindəki tərəqqi, iqtisadiyyatımızda onların səmərəli istifadə yolları sistemli şəkildə öyrənilir.
Əlbəttə, böyük diqqət yerli elm, texnologiya və innovasiya potensialının inkişafına yönəldilib. Elmi potensial bizdə əsasən Milli Elmlər Akademiyası və onun intellektual innovasiya klasteri, ölkənin aparıcı ali məktəbləri, elmi mərkəzlər, təşkilatlar və onun tərkib hissəsi olan Azərbaycan Mühəndislik Akademiyası timsalında təmsil olunacaqdır.
2015-ci ildə Türkiyənin Qars Vilayətinin Selim rayonunda TRANSANADOLU QAZ KƏMƏRİNİN – TANAP boru kəmərinin təməlqoyma mərasimi keçirilib. Avropanın qaz ilə təminatında böyük rol oynayan meqalayihənin işlənməsində və reallaşdırılmasında Mühəndislik Akademiyasının üzvləri aktiv iştirak edirlər. Layihənin reallaşdırılması 5 ilə planlaşdırılır və 4 mərhələdən ibarətdir.
TANAP üzrə ilk qazın Türkiyəyə nəqli 2018-ci ilə planlaşdırılır. 2020-ci ildə kəmərin hasilatı 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard m3-ə çatdırılacaq. Faktiki olaraq “Bakı – Tbilisi – Ceyhan” enerji dəhlizi yaratdı. Məhz bu enerji dəhlizi üzrə də “Bakı – Tbilisi – Qars” dəmir yolu tikilir. Elə bu layihə üzrə də Mühəndislik Akademiyasının üzvləri iştirak edirlər.
Mühəndislik Akademiyası son illər öz elmi texniki, texnoloji və layihə işlərini istehsalata uğurla tətbiq edir. Akademiya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “AzNEFT” İB-nin struktur bölmələri ilə həm kəşfiyyat və hasilat, həm də nəql, emal, marketinq və servis xidmətləri bazasında innovasiya texnologiyaları sahəsində də sıx əməkdaşlıq edir. Akademiya son illər Hazırda quruda istifadə olunan alçaq təzyiqli hava və neft mədən kompressorları uzunmüddətli istismar nəticəsində faydalı iş əmsalı xeyli azalımışdır və rekonstruksiya və servis xidmətlərinə böyük ehtiyacı vardır.
Hazırda Neft Daşlarında neft və qazın yığılması üçün istifadə olunan kompressor qurğuları və onların ayrı-ayrı detallarının və düyünlərinin yeyilməsi nəticəsində kompressor avadanlıqlarında və çıxış xətlərində vibrasiya (titrəyiş) baş verir və səs göstəriciləri artır, bu da ətraf mühitə, ilk növbədə xidmət personalına mənfi təsir göstərir. Bununla əlaqədar servis xidmətləri sahəsində yeni texnologiyaların tətbiqi, o cümlədən baş verə biləcək qəzaların qarşısının alınması və aşkarlanması üzrə flikker səs spektroskopiya metodundan istifadə etməklə kompleks tədbirlər işlənmişdir. Akademiyada neft-mədən kompressor qurğusunun intiqal hissəsində çarxqolu sürüngəcli mexanizmini əvəzləyən yeni sürgüqolsuz mexanizm layihə olunmuş, həmçinin mədəndaxili işlərdə istifadə olunan hava kompressorlarının təmirə və yararlılığı yaxşılaşdırılmışdır. Neft hasilatının intensivləşdirilməsi məqsədi ilə nanotexnologiyaların tətbiqi istiqamətində işlər aparılır. Layihənin neftveriminin artırılmasına yönəlmiş texnologiyalar və innovasiya metodlarının fəal tətbiqi sayəsində, neftçıxarmanın stabilliyinə və sulaşmanın azalmasına, bütünlükdə iqtisadi göstəricilərin artmasına nail olmuşuq.
Akademiyanın alim və mühəndisləri tərəfindən “AzNEFT” İB-nin neft-qaz çıxarma idarəsində, dəniz platformalarında, qazlift neft-qaz çıxarmada və karbohid-rogenlərin nəqlində partlayış təhlükəli zonalarda istifadə olunan, avtomatik idarə olunan təyinatlı elektrik qızdırıcısı qurğusu hazırlanmış və ətraf mühitin parametrləri nəzərə alınmaqla texnoloji prosesdə istifadə olunan qazın seçilmiş temperaturunu stabil saxlayır ki, bu da temperaturun dreyfi səbəbindən yaranan qazın sərfinin pulsasiyalarını aradan qaldırmaqla, debitin stabil saxlanması üçün şərait yaradır.
Elmi Tərəqqi Fondunun qrantı çərçivəsində “Neft quyularının debit imkanlarından asılı olaraq quyu ştanqlı nasosların neft hasilatının tədricən tənzimlənməsi”qurğusunun işlənib hazırlanması layihəsi üzərində işlər aparılır. Artıq qurğunun sınaq variantı işlənib hazırlanaraq, ilkin sınaqlar keçirilmiş və müsbət nəticə alınmışdır. Neft Şirkətinin istismarçı mütəxəsislərinin bir sıra təklifləri nəzərə alınaraq layihədə bəzi sxematik və proqram təminatı dəyişklikləri aparılır, eləcə də, distansion olaraq simsiz əlaqə vasitəsi ilə istənilən nöqtədən internet vasitəsi ilə qurğunun iş prosesini müşahidə və idarə etmək üçün əlavə işləmələr aparılır.
Neft-kimya texnologiyası səhəsində alim və mühəndislərimiz tərəfindən bitgi mənşəli yağlardan təbii yağ turşularının sulfotörəmələri sintez edilərək, onların fiziki kimyəvi xassələri, həmçinin müxtəlif həlledicilərdə həllolma qabiliyyətləri öyrənilmişdir. Sintez olunmuş sulfoturşularından onların duzları və kompleksləri alınaraq, karbodioksinlərlə doydurulmuş bir faizli natriyxlor məhlulunda lay sularının qələviliyi nəzərə alınmaqla, inhibitorluq aktivliyi öyrənilmişdir. Alınmış nəticələrə əsasən göstərilmişdir ki, doymamış bitgi yağları birləşmələrinin əsasında polifunksional yüksək effektə malik olan korroziya inhibitorları hazırlamaq olar. Alınmış inhibitor metalların korroziyaya qarşı dözümlülüyünü artırır.
Diqqət cəlb edən daha bir texnologiya, neftin reoloji xassələrini yaxşılaşdıran effektiv reagentlərin axtarışında dördlü həlqədə ammonium mərkəzi saxlayan yeni qrup makrotsiklik birləşmələrin alınması üsulu akademiya tərəfindən işlənmişdir. Neft sənayesində dördlü ammonium birləşmələrinin əsas reoloji təsirini nəzərə alaraq, həlqəsində dördlü ammonium mərkəzi olan makrotsiklik birləşmələrin orijinal sintez üsulu işlənib hazırlanmışdır. Sintezlər asan tapılan bir üçlü aminlər və iki dihallogendialklik efirlərinin vasitəsi ilə aparılmışdır. Alınmış reagent ağır neftlərin özlülüyünü və neft qətranlarını kifayət qədər azaldır.
Milli Aviasiya Akademiyası ilə birlikdə aviasiya texnikası detallarının və materialların mühafizəsi üçün poliefiruretanlı qarşılıqlı lak örtük materialı işlənmişdir. Bu örtük, materialı kiçik sıxlığa və ya, bir kvadratmetr sahənin örtülmə sərfinə görə, uçuş zamanı füzelyajın tsiklik deformasiyasına dağılmadan dözümünə və 5 ÷ 8 il müddətində öz funksional xassələrini qoruyub saxlamağına görə analoqlarından xeyli fərqlənir.
Azərbaycan Mühəndislik Akademiyası “İqlim” Elmi-İstehsalat Müəssisəsinin sifarişi ilə, daha mükəmməl olan “Çoxnaqilli elektromontaj hörüklərin avtomatik yoxlanılması və sınaq qurğusu” nun işlənməsinə başlanılmışdır. Bu qurğu çoxnaqilli hörüklərin elektromontajının prinsipial elektrik sxeminə uyğunluğunu, ayrı-ayrı elektrik dövrələrinin izolyasiya müqavimətini və onların elektrik möhkəmliyini avtomatlaşdırılmış nəzarətini, fərdi kompüter, idarə edici proqram vasitəsi ilə yoxlanılması üçün nəzərdə tutulmuşdur. Hörükdə naqillərin yoxlanan uclarının miqdarı – 1024 qədər, ayır- ayır dövrələr arasında izolyasiya müqaviməti 20MOm-a qədər, elektrik dövrələrin sınaq gərginliyi isə 220V və 350V, tezlik 50 Hs tezlikdə aparılmalıdır. Hörüklərin yoxlanmasının nəticələri fərdi kompyuterin monitoruna və çap edən qurğuya çıxarılmalıdır.
Kommunikasiya, idarə etmə və ölçü sxemləri işlənmiş, işçi maketlər hazırlanmış və sınaqlardan keçmişdirlər. Çap lövhələrinin topologiyası işlənmişdir. Kompüter üçün qurğunun idarə etmə alqoritmləri və mikrokontrollerlərin idarə edici proqramları işlənmişdir.
Regionlarda sənaye innovasiya texnologiyalarının tətbiqi ilə ölkə vətəndaşlarını içməli su ilə təmin etmək məqsədilə pilot mühəndis qurğuları yaradılır. Yaşayış məntəqələrində mürəkkəb tərkibli və çox çirkləndirilmiş suların təmizləməsi modulları üçün yeni avtomatik idarə etmə bloku işlənilir. Modulların məhsuldarlığı sutkada 36 və 60 ton, idarə olunan icraçı mexanizmlərin cayı 20-yə qədər, ölçü qurğusu və vericilərin sayı 28-ə qədərdir. İdarə etmə bloku simsiz əlaqə vasitəsi ilə distansion olaraq qurğunun iş prosesinə müşahidə və idarə etməyə imkan verəcəkdir. Bu layihə gələcəkdə təxminən 600 qurğudan böyük həcmdə həyata keçiriləcəkdir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı ilə əlaqədar Dövlət proqramı həyata keçirilir. 2013-ci il fevralın 8-də telekommunikasiya peyki orbitə çıxarılmışdır. Bu peykin vasitəsi ilə hazırda təxminən 154 telekanal və 30 radiostansiyanın yayımı reallaşdırılır. Mühəndislik akademiyasının fəaliyyəti Azərkosmos ASC-də idarəetmə və təbii resursların istismarı, eləcə də operativ peyk informasiya qəbulu sahəsində vəzifələrin həllində, fotoqrammetrik və geoinformasiya layihələrin yerinə yetirilməsində innovasiya texnologiyalarının işlənməsi və geoinformasiya sistemlərinin tematik geoportalların hazırlanması, sifarişçilərin bazası əsasında alqoritmlər və aviakosmik məlumatların emalı metodikasının tətbiqi üçün innovasiya texnologiyalarının işlənməsi, konsaltinq aparmağa, kadr hazırlığına nail olmağa istiqamətlənəcəkdir.
Yüksək tezliklə kosmik radiolokasiya peyki “RADARSAT2” vasitəsi ilə neftlə çirklənmiş parametrlərin qiymətləndirilməsi üçün neft dağılmalarının parametrləri Xəzər dənizinin azərbaycan sektoru akvatoriyasında aşkarlanmışdır. “RADARSAT2” peykinin köməyi ilə radiolokasiya təsvirlərin (RLT) işlənməsi və istifadəsi, geoinformasiya yanaşma ilə dinamikasının təhlili və obyektlərin tullantı ləkələri, neftlə çirklənmiş Neft Daşları rayonunda aparılıb və onların paylanması xəritəsi çəkilmişdir. Neft ləkəsi və neft məhsullarmm paylanma xəritəsi neft ləkələrinin parametrlərini və xarakteristikalarını aşkar şəkildə ölçmək üçün mükəmməl informasiya mənbəyidir, neft çirklənmələri və onlarm su mənbələri arasında əlaqə aşkar olunan akvatoriyasının müxtəlif sahələr üzrə paylanmasının təhlilini aparmağa imkan verir.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin sifarişi ilə şəhər nəqliyyatı üçün GPS peyk sistemi istifadə olunmaqla, marşrut dayanacaqlarını avtomatik elan edən qurğu işlənilərək sınaq nümunəsi ilkin sınaqlardan keçmişdir. Yerinə yetirilən iş yüksək texniki göstəricilərə malik olan, dünya standartları səviyyəsində yaradılmış bir qurğudur. Bu qurğu mikroprosessor əsasında işləyir və xüsusi proqramla idarə olunur. Qurğu əsasən piyadaların və avtonəqliyyat vasitələrinin küçə hərəkətinin tənzimlənməsi üçün nəzərdə tutulmuşdur. Onun idarəetmə proqranının iş alqoritminin dəyişdirilməsi xüsusi proqramator vasitəsilə həyata keçrilir. Hаl-hаzırdа qurğu sınaqdan keçrilir.
Akademiyanın üzvləri tərəfindən işıqdiod texnikasında yüksək effektivli lüminoforların yaradılması texnologiyasının tətbiqi ilə yaşayış məhəllələri, ərazi və keçidlərin, küçə və sənaye obyektlərinin, dayanacaq və digər açıq yerlərin işıqlandırılması və yüksək effektivli lüminoforlardan istifadə etməklə keyfiyyətli və iqtisadi cəhətdən səmərəli işıqdiodların alınmasıdır. Görülmüş işlərin nəticəsində hazırlanmış elmi texniki məhsulun dəmir yol vağzalı və onun ətraf ərazisində tətbiqi xeyli dərəcədə elektrik enerjisinə qənaət etməyə imkan verəcəkdir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə meteorologiyada meteoroloji parametrləri avtomatik qeydə alan və emal edən sistem işlənmişdir. Meteostansiya aşağıdaki altı meteoroloji parametri: küləyin sürəti və istiqaməti; yağıntının miqdarı; atmosfer təzyiqi; temperatur; havanin nisbi rütubəti avtomatik rejimdə ölçmək və GSM kanalı ilə naqilsiz məsafəyə ötürmək üçün nəzərdə tutulmuşdur.
Mühəndislik akademiyası öz işində əsasən insan resurslarına əsaslanır. “Təhsil Texnopark” kompleksinin tikintisi başa çatmaq üzrədir. Bu kompleksin əsas məqsədi biliklərə əsaslanmaqla ölkə iqtisadiyyatının inkişafını sənaye innovasiya istiqamətinə yönəltməkdir. Onun əsas resursu biliklərə əsaslanan istedadlı və hazırlıqlı insanlardan ibarət olacaqdır. Kadr potensialını əsasən Milli Aviasiya Akademiyası, eləcə də Azərbaycanın digər aparıcı ali məktəbləri təmin edəcəkdir. Akademiyanın üzvləri ölkəmizin ali məktəblərində təhsilin, keyfiyyətin idarə olunması, o cümlədən, yüksək ixtisaslı mühəndis profilli mütəxəssislərin hazırlanmasında xeyli işlər görürlər. Yeni iqtisadiyyata keçid problemləri ilə əlaqədar, regionlarda texnoloji parkların yaradılması və innovasiya inkişafında ali məktəblərin iştirakı və aparıcı roluna xüsusi əhəmiyyət verilir.
Akademiya hava nəqliyyatı ilə bütün növ infeksion xəstəlik törədicilərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Hava Yolları QSC, Rusiya Elmlər Akademiyası Biokimyəvi Fizika və Virusologiya Elmi-Tədqiqat İnstitutları ilə birgə dünyada ilk dəfə ozonlaşdırmanın adeno – poliomielit və H5 N1 viruslarını məhvedici dozası müəyyənləşdirilmiş, Ümumdünya Səhiyyə Təşkilatı və BOEING şirkətinin tövsiyələrinə uyğun olaraq bu dozanın təyyarə salonu materiallarına və antropogen amillərinin fəsadlarına təsiri qiymətləndirilmişdir.
Akademiya AZAL QSC ilə birgə uçuşların təhlükəsizliyinin azalması problemi üzərində fəal işləyir, aviadaşınmalar zamanı yoluxucu xəstəliklərin yayılması təhlükəsi ilə bağlı hazırda xüsusi elmi-texniki istiqamət üzrə təqdim olunan xüsusi hazırlanmış və İKAO-nun SƏHİYYƏ proqramı və aviasiya akademiyasında, ozonun istifadəsi hərtərəfli öyrənilməsi məqsədi ilə aparılır.
Aeroport zonalarında yerüstü nəqliyyat vasitələrinin sanksiya olmadan uçuş-enmə zolağının sərhəddini keçməsi təhlükənin qarşısının alınması sistemi işlənilir. Artıq, işləyən maket nümunəsi istehsal edilmişdir. İlkin sınaqlar müsbət nəticələr göstərmişdir.
Mühəndislik Akademiyasının alim və mütəxəsisləri tərəfindən aqrar sənaye sektorunda ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə, kənd təsərrüfatının inkişafı sahəsində proqramın işlənməsini xüsusi vurğulamaq lazımdır. Quraq zonalarda, dağətəyi düzənliklərdə quraqlığa davamlı kənd təsərrüfatı bitkilərinin eroziyaya qarşı mübarizəsi, sudan istifadə və digər məsələlər proqramın əsasını təşkil edir. Akademiyanın mütəxəssisləri dezinfeksiya üçün ozonlaşdırıcı cihazlar vasitəsi ilə taxıl anbarlarının səpinqabağı emalını həyata keçirmişlər. Ekoloji şərait nəticəsində həm qida, həm də genetik fondda dənli bitkilərin saxlanması təmin olunmuşdur. Toxum emalı göstərdi ki, ozon hava qarışığı ilə təmizlənmiş toxumlar nisbətən böyük məhsuldarlıq vermişdir. Bu istiqamətdə Azərbaycan Rusiya Federasiyası ilə birlikdə kənd təsərrüfatının inkişafı üzrə dövlətlərarası proqram hazırlayır. İki baryer əsaslı, modul tipli ozonlaşdırma sistemi yaradılmış və AMEA-nın Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə birgə buğda toxumlarının səpinqabağı işlənməsində cücərtilərin biometrik ölçmələri əsasında ozonun qatılığının və təsir müddətinin maksimal stimullaşdırıcı və məhvedici qiymətləri müəyyənləşdirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi, GEİ ilə birgə İsmayıllı (Nikitin kolxozu), Yevlax regional toxum zavodu, Əkinçilik İnstitunun Tərtər, Şəki bölgə dayaq məntəqələrinin 100 tona qədər buğda toxumları ozonlaşdırma texnologiyası ilə səpinə hazırlanmışdır.
Azərsun Holdinqin sifarişi ilə Lənkəran çay fabrikində ozonlaşdırma ilə 50 ton çay yarpaqları fermentləşdirilmiş, 100 hektarlıq çuğundur toxumları, 200 hektarlıq qarğıdalı toxumları, 100 hektarlıq soya toxumları səpinə hazırlanmışdır.
Beynəlxalq əməkdaşlıq sahəsində Azərbaycan mühəndislik akademiyası Beynəlxalq mühəndislik akademiyası ilə birgə Sloveniya və Qazaxıstan mühəndis akademiyaları ilə üçtərəfli müqavilə üzrə fəal iş aparır. Bizim akademiya bir çox milli və beynəlxalq akademiyalar və texniki birlikləri ilə səmərəli əməkdaşlıq və əlaqələr qurmaq üçün yorulmadan səy göstərir. Elmi forumun hər il keçirilməsi ənənəyə çevrilib, BMA-nın xarici ölkələrdə təşkil olunmuş, orada çox mühüm qərarlar xarici həmkarları ilə birgə mühəndis ixtisaslarının nüfuzunun artırılması üzrə mühüm işlər görülür.
Bir çox ölkələrin mühəndislik akademiyaları ilə, xüsusilə də Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Sloveniya mühəndis akademiyaları, Beynəlxalq mühəndislik akademiyası ilə sıx əməkdaşlıq edirik. İslam Ölkələri Mühəndis İnstitutları Federasiyasının tərkibinə daxil olaraq, AMA ilə İÖMİF və onun üzvləri arasında əməkdaşlığını dərinləşdiririk. Azərbaycan Sloveniya Avropa Mühəndislik Mərkəzinin qərargahı Lyublyanada olmaqla hüquqi statusunun alınması istiqamətində işlərimizi davam etdiririk.
“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalı beş il ərzində Azərbaycanın və eləcə də, xarici ölkələrin elmi həyatında fəal iştirak edir. Milli elmi ictimaiyyət bütün dünya alimlərinin üzərində çalışdıqları problemlərin aşkarlanmasına böyük əhəmiyyət verir. “Xəbərlər” maraq doğuran öz aktuallığı və praktikliyi ilə böyük maraq doğuran ciddi araşdırmalar aparılması üçün canlı mənbədir.
“Xəbərlər” ayrıca elektron formatda müasir dünya standartlarından istifadə etməklə ingilis dilində məqalələrin xülasələrini çap edir, kommersiya məlumat bazalarının birinin köməyi ilə materialları yayır, həmçinin xarici analitik baza SCOPUS keçid və onun köməyi ilə indeksləşmə və sitatlaşdırmanı həyata keçirir. Jurnal azərbaycan, ingilis və rus dillərində 1400 tirajla nəşr olunur.
Bizim akademiyanın üzvləri il ərzində bir çox konqreslərdə, beynəlxalq və regional elmi forumlarda, simpoziumlarda və konfranslarda iştirak ediblər. Ümid etmək olar ki, beynəlxalq əməkdaşlıq daha da inkişaf edir, tədbirlər həyata keçirilir və belə tədbirləri geniş təbliğ etmək lazımdır.
Akademiya təsis olunandan bu günə kimi akademiyaya həqiqi və müxbir üzvlərin seçilməsi üçün bir neçə dəfə müsabiqə keçirilmişdir.
Akademiyanın 2 üzvü ölkəmizin ən yüksək “İstiqlal” və “Şöhrət” ordeninə layiq görülmüş və digərləri isə ictimai təşkilatların medalları ilə təltif olunmuşlar.
Azərbaycandan 4 nəfər Rusiya mühəndislik Akademiyasının, 1 nəfər Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvləri seçilmişlər. Bir nəfər Nobel mükafatı laureatı P.L.Kapista adına qızıl medala layiq görülmüşdür.
Akademiya ixtiraçılıq sahəsində II Respublika müsabiqəsinin laureatı diplomu ilə təltif olunmuşdur.
Akademiyanın yeni təsis olunmuş “Mühəndislik Rəşadəti” qızıl medalı ilə əmək fəaliyyətində fərqlənən 16 nəfər akademiya üzvləri təltif olunmuşdur.
Akademiyanın internet veb saytı (www.ama.com.az) yeniləşdirilmiş formatda fəaliyyət göstərir. Azərbaycan Mühəndislik Akademiyasının atributları: Bayrağı, emblem, döş nişanı, loqosu işlənib hazırlanmışdır və eləcə də akademiyanın sorğu kitabı nəşr olunmuşdur.
Beynəlxalq Mühəndislik Akademiyası və İslam ölkələri mühəndis institutları Federasiyası ilə qarşılıqlı münasibətlərin dərinləşdirilməsi və inkişafı istiqamətində işlər davam edir.
Avropa standartının 3G məlumata telekommunikasiya texnologiyası ilə konfrans zalının yaradılmışdır.
Mezo və mikro səviyyələrdə elmi tədqiqat işlərinin aparılması üçün “Mexaniki sınaqlar laboratoriyası” fəaliyyət göstərir.
“İlin Mühəndisi” nominasiyaları üzrə müsabiqələr keçirilir, layiqli alim və mütəxəssislər mükafatlandırılır.
Hər il “AzPatent” ilə birgə “Ən yaxşı ixtira” üzrə müsabiqə keçirilir.
Ümid etmək olar ki, müxtəlif ölkələrlə beynəlxalq əməkdaşlıq daha da inkişaf edəcək, akademiyanın sərhədləri digər ölkə akademiyaları ilə qarşılıqlı münasibətləri genişlənəcək, mühəndis fikrinin dünya ictimaiyyətinə inteqrasiyası daha da sürətlənəcək.