Uncategorized Xəbərlər

Azərbaycan Mühəndislik Akademiyası ilə Xorvatiya Mühəndislər Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Mühəndislik Akademiyası ENGINEERS EUROPE və Ümumdünya Mühəndislik Təşkilatları Federasiyası (WFEO) vasitəsilə Avropa və qlobal mühəndislik ictimaiyyətinin fəal üzvü kimi beynəlxalq əməkdaşlığın inkişafına hər zaman xüsusi önəm verir. Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin davamı olaraq, Azərbaycan Mühəndislik Akademiyası ilə Xorvatiya Mühəndislər Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib.

Azərbaycan tərəfindən memorandumu Akademiyanın prezidenti akademik Arif Paşayev, Xorvatiya tərəfindən Assosiasiyanın prezidenti Luka Jelic imzalayıblar.

Memorandumun məqsədi mühəndislik sahəsində elmi, texniki və peşəkar əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviq edilməsidir.

Sənədə əsasən tərəflər elmi və texniki informasiya mübadiləsi, beynəlxalq konfranslar, seminarlar və simpoziumların təşkili, mühəndislər və tədqiqatçılar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə elmi və innovativ layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcəklər.

Tərəflər mühəndislərin qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə dayanıqlı və innovativ gələcəyin formalaşdırılmasında mühüm rol oynadıqlarını vurğulayıblar.

Memorandum Azərbaycan və Xorvatiya mühəndislik təşkilatları arasında əlaqələrin daha da genişlənməsinə, beynəlxalq təşəbbüs və layihələrin həyata keçirilməsinə töhfə verəcək.

Loading

Related posts

Azərbaycan Mühəndislik Akademiyasının Vitse-Prezidenti professor Əhəd Canəhmədovun UNESCO-nun nəzdindəki Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasının (WFEO) 14 oktyabr 2023-cü ildə Baş Assambleyasındakı çıxışı

Parvin Suleymanova

Stories of Foreign Election Influence, Separate and Not Equal

admin

Safety problems at a Los Alamos laboratory delay U.S. nuclear warhead testing and production

admin

Leave a Comment