Xəbərlər

Azərbaycanlı alimlər Beynəlxalq Mühəndislik Akademiyasının rəhbər heyətində təmsil olunurlar

Bakı, 19 fevral, AZƏRTAC

Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) geniş tərkibdə hesabat-seçki yığıncağı keçirilib. Hesabat yığıncağında BMA-nın prezidenti akademik Boris Qusev hesabat məruzəsi ilə çıxış edib. Məruzə ətrafında müzakirələr aparılıb.

Azərbaycan Mühəndislik Akademiyasından AZƏRTAC-a bildirilib ki, vitse-prezident akademik Əhəd Canəhmədov Akademiyada görülən işlər haqqında məruzə ilə çıxış edib.

Müzakirələr yekunlaşdıqdan sonra BMA-nın rəhbərliyinə gizli seçkilər aparılıb. Beynəlxalq Mühəndislik Akademiyasına yenidən yekdilliklə akademik Boris Qusev prezident seçilib.

Azərbaycandan Azərbaycan Mühəndislik Akademiyasının Prezidenti akademik Arif Paşayev yekdilliklə Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti seçilib. Akademik Əhəd Canəhmədov BMA-nın Prezidentlər Şurasının üzvü seçilib.

Yekunda BMA-ya yeni həqiqi və müxbir üzvlər seçkisi aparılıb.

Loading

Related posts

Bəşəriyyətə süni intellektin təhlükələri barədə xəbərdarlıq edilib

Parvin Suleymanova

4 MART – ÜMUMDÜNYA MÜHƏNDİSLİK GÜNÜDÜR

Parvin Suleymanova

Milli Aviasiya Akademiyasında “Fevral məruzələri 2024: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 9-cu Beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib

Parvin Suleymanova

Leave a Comment