Xəbərlər

Bakıda 21-ci Kosmik Nəsil Konqresi keçirilir

Sentyabrın 28-i Bakıda Kosmik Nəsil Məşvərət Şurasının 21-ci Kosmik Nəsil Konqresi öz işinə başlayıb.

Modern.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanda ilk dəfə keçirilən konqresdə 50 ölkəni təmsil edən 150-dən çox gənc iştirak edir.

Tədbirin keçirilməsində məqsəd gənclərin kosmik sənaye sahəsində çalışan qeyri-hökumət təşkilatları, kosmik araşdırmalar institutları və akademik dairələrlə ünsiyyətini intensivləşdirmək, onların bu sahədə bacarıqlarını artırmaqdır.

Tədbirin açılışında çıxış edən Kosmik Nəsil Məşvərət Şurasının icraçı direktoru Valentina Luçetti bildirib ki, kosmosun Yer üzündə tərəqqi və innovasiyanın stimullaşdırılmasında oynadığı əsas rolu vurğulamaq məqsədilə “Bəşəriyyəti ruhlandırmaq, birləşdirmək və dəstəkləmək üçün kosmik icma yaratmaq” mövzusu ətrafında müzakirələr aparırlar. Bununla, həmçinin qlobal problemlərin həllində, beynəlxalq əməkdaşlığın gücləndirilməsində və bütün dünyada sosial-iqtisadi inkişafın təşviqində kosmik texnologiyaların böyük potensialını nümayiş etdirməyə çalışırlar: “Tədbirimizin məqsədlərindən biri də bu sahədə karyeraya yeni başlayanlar üçün mentorluq imkanları və təcrübəli mütəxəssislərdən öyrənəcəkləri bir platforma yaratmaqdır”.

Loading

Related posts

Qeyri-neft sektorunun ölkə iqtisadiyyatında rolu

admin

Bu gün Novruzun ilk çərşənbəsi – SU ÇƏRŞƏNBƏSİDİR

Parvin Suleymanova

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalı beynəlxalq məlumat baza təşkilatlarının sertifikatlarını alıb

admin

Leave a Comment