Document

AZƏRBAYCAN MÜHƏNDİSLİK AKADEMİYASI

Bütün bəşəriyyət mühəndislik fəlsəfəsinin ideya və qənaətlər enerjisindən güc alır…

AZ EN RU

How to create an awesome awesome CSS slideshow
   MENYU

Azərbaycan dövlətinin müstəqilliyi şəraitində ölkəmizin çoxşaxəli sənayesinin bütün sahələrində elmi-texniki tərəqqinin müvəffəqiyyətlə həyata keçirilməsinin çox mühüm əhəmiyyəti vardır.

Son illərdə istehsalın, o cümlədən buraxılan yüksək səmərəli avadanlıq növlərinin, həcmi və nomenklaturası xeyli dərəcədə azalmışdır. Lakin qloballaşma, şəraitində yeni innovasiya və informasiya texnologiyalardan, nanotexnologiya və nanomateriallardan və sertifikatlaşdırmadan səmərəli istifadə olunmaqla maşınqayırma, aviasiya, kənd təsərrüfatı, tikinti və digər məhsulların rəqabət qabilliyətini təmin etmək üçün istehsal və investisiya quruluşunun səmərəliyinin artırılması istiqamətində, elmi-texniki cəhətdən əsaslandırılmış kompleks təşkilati-iqtisadi tövsiyələrin işlənib hazırlanmasına tələbat daha çox olunmaqdadır.

Bu şəraitdə yeni avadanlıq və cihaz növlərinin yaradılması və onların texnoloji mənimsənilməsi, materialların möhkəmliyinin və yeyilməyə davamlığının öyrənilməsi, hesablama, modelləşdirmə və proqnozlaşdırma metodlarının yaradılması üzrə elmi və texniki məsələlərin qoyulmasının və həllinin böyük əhəmiyyəti vardır. Digər tərəfdən investisiya layihələrinin səmərəliyini artırmaq üçün problemin qoyuluşu və onun həllinə yönələn nəzəri və praktiki əhəmiyyətli müddəaların ümumiləşdirilməsinə ehtiyac duyulur. Qloballaşma şəraitində ölkədə istehsal olunan məhsulların dünya bazarına həm qiymət, həm də keyfiyyət baxımından rəqabət qabiliyyətli olması üçün zəmin yaradan innovasiya – sərmayə fəaliyyətinin elmi əsaslarla öyrənilməsinin vacibliyi diqqət mərkəzindədir. Bütün bunlar elmi-texniki kadrların biliklərinin, təcrübələrinin və yaradıcılıq təşəb­büslərinin artırılmasını, müəssisə və təşkilatları ölkə və xarici alimlərin və mütəxəssislərin yeni işləmələrinin nəticələri ilə vaxtında tanış etməklə onlara hərtərəfli kömək və yardım göstərilməsini tələb edir.

Bununla əlaqədar olaraq “Azərbaycan Mühəndislik Akademiya­sının Xəbərləri” jurnalının nəşr olunmasında məqsəd oxucuya elmin, texnikanın və texnologiyanın vacib sahələri üzrə lazımi məlumatların verilməsi ilə yanaşı, eyni zamanda Azərbaycan elm və texnikasının dünya elminə inteqrasiya etməsinə yardım göstərməkdən ibarətdir.

Jurnal qabaqcıl elm, texnika və texnologiyanın nəticələrini inki­şaf etdirməyə və ondan istifadə etməyə, işlərin keyfiyyətinin və səmərə­liyinin yüksəldilməsinə, təşəbbüskarlığın artırılmasına, qüvvələrin təmərküzləş­məsinə kömək edəcəkdir.