AZERI ENGLISH RUSSIAN

İstedadı, biliyi ilə ucalan, insani və iradi keyfiyyətləri ilə nümunə olan alim

Arif Paşayev-85 Add comments

Elman Qədirli
AzərTAc-ın müxbiri

Bakı, 14 fevral (AzərTAc).
Akademik Arif Paşayevin 80 yaşı tamam olur. Bu yaş ömrün müdriklik zirvəsidir. Xüsusən söhbət alim və ziyalı ömründən gedəndə buraya barlı-bəhərli sözünü də əlavə etmək yerinə düşər.
Ömrün elə məqamları var ki, insan öz-özünə hesabat verir, keçdiyi həyat yolunu göz önünə gətirir. Yubileylər, ad günləri də belə məqamlardandır. Arif müəllim bir alim olaraq zəngin, məhsuldar ömür yaşamış, ziyalı olaraq öz işıqlı əməlləri, coşqun fəaliyyəti ilə cəmiyyətə yetərincə fayda vermişdir. O, görkəmli alim və pedaqoqdur, fizika-riyaziyyat elmləri doktoru, professor və akademikdir. Elm sahəsindəki nailiyyətlərinə görə bir sıra yüksək mükafatlara layiq görülüb.
Hər bir elmi adın, elmi dərəcənin, mükafatın arxasında neçə böyük zəhmət və gərgin axtarışlar, nəhayət fitri istedad dayandığını hər kəs yaxşı bilir. Xüsusən fizika və riyaziyyat kimi dəqiq elm sahəsində uğur qazanmaq, yeniliklərə imza atmaq daha gərgin iş, xüsusi bilik və istedad tələb edir.
İnsanın formalaşmasında doğulub boya-başa çatdığı mühitin, genetik amillərin rolu çoxsaylı müşahidələr, həyati misallar əsasında zaman-zaman təsdiqlənib və artıq buna heç kim şübhə etmir. Arif müəllim tanınmış nəsildəndir. Atası Mircəlal Paşayev Azərbaycanın görkəmli yazıçılarından biri olub, ədəbiyyatşünas alim və pedaqoq kimi tanınıb və hər iki sahəyə dəyərli töhfələr verib. Arif müəllimin ata ocağı bir çox məşhur simaların – Səməd Vurğunun, Mirzə İbrahimovun, Sabit Rəhmanın, Mehdi Hüseynin, Həmid Araslının, Cəfər Xəndanın və başqalarının tez-tez yığışdığı ədəbi-elmi məclisləri xatırladırdı. Bu zəngin, münbit və təkrarsız mühit təbii ki, Arif Paşayevin dünyagörüşünün yeniyetməlik və gənclik illərində formalaşmasına öz təsirini göstərməyə bilməzdi. Əslində ədəbiyyat, elm və musiqi korifeylərinin söhbətlərini dinləməyin, onları yaxından görməyin özü bir xoşbəxtlikdir və Arif müəllimi bu mənada xoşbəxtlərin xoşbəxti hesab etmək, hətta ona həsəd aparmaq olar.
Arif Paşayev ali təhsilini Odessa Elektrotexnika Rabitə İnstitutunda alıb və onun ilk iş yeri Bakı Dövlət Universiteti, ilk vəzifəsi laborant olub. Biliyi və istedadı zəhməti ilə birləşərək ona elm və vəzifə pillələri ilə daim irəli getməyə imkan verib. 1957-ci ildə laborantlıqdan başlayan əmək və elmi fəaliyyət yolu haralardan və necə keçib?
1959-cu il. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu, kiçik elmi işçi; 1960-cı il. Dövlət Nadir Metallar İnstitutunun aspiranturası; 1966-cı il. AEA-nın Fizika-riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi…
Arif Paşayev institutu bitirdikdən cəmi doqquz il sonra – 1966-cı ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. O, Azərbaycan Elmlər Akademiyası sistemində ilk dəfə olaraq yüksək həssaslığa malik qurğu yaradıb. Sonralar daha irəli gedərək yarımkeçiricilərdə elektrik, fotoelektrik və digər xassələri kontaktsız tədqiq etmək metodunu işləyib hazırlayıb. Bu ixtiraların və elmi işlərin nəticəsi olaraq alim tərəfindən təklif edilən cihazların kütləvi istehsalına başlanılıb və bu işlərə bilavasitə Arif Paşayevin özü rəhbərlik edib. Nəhayət, 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almağa müvəffəq olub.
Elmin zirvələrinə aparan pillələr bir-birini beləcə əvəz edib. Arif Paşayev SSRİ Elmlər Akademiyasının alimləri ilə birgə fizika elminin aktual problemlərinə dair tədqiqatlar aparıb, orijinal, proqram təminatlı eksperimental qurğu yaradıb. Əldə olunan bu nəticələrə görə SSRİ EA Elmi Şurasının xüsusi mükafatına layiq görülüb, Azərbaycan EA-nın müxbir üzvü seçilib.
Bununla kifayətlənməyən Arif Paşayev elmi tədqiqatlarının əhatə dairəsini daim genişləndirib, bir-birindən dəyərli nailiyyətlərə imza atıb. Əldə etdiyi nəticələr bir sıra xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilib. Fizika elminin inkişafında göstərdiyi xidmətlərə, xüsusən avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə 1991-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görülüb. Onun rəhbərliyi ilə neft-qaz boru kəmərlərində hidratla, neft çıxarılan borularda isə parafinlə mübarizə üçün mütərəqqi, iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz üsul və vasitələr yaradılıb.
Diqqət verirsinizsə, Arif Paşayev iki istiqamətdə fəaliyyət göstərib: həm alim kimi tədqiqatlar aparıb, ixtiralar edib, həm də konstruktor kimi onların bilavasitə istehsalata tətbiqi ilə məşğul olub və hər iki sahədə diqqətəlayiq işlər görüb.
Görkəmli alimin zəngin və çoxşaxəli fəaliyyətinin sübutu olan daha bir necə fakt: Arif Paşayev 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir, 60-dan çox ixtira üçün müəllif şəhadətnaməsi alıb.
Arif müəllimin həyatının böyük bir dövrü milli aviasiyanın təşəkkülü və inkişafı ilə bağlıdır. 1996-cı ildən Milli Aviasiya Akademiyasına rəhbərlik edən Arif Paşayev bu sahədə də böyük xidmətlər göstərib. Onun rəhbərliyi ilə milli aviasiya üçün hava və su kimi vacib olan milli kadrlar – təyyarəçilər, mühəndislər, ümumən 16 ixtisas üzrə mütəxəssislər yetişdirilib və yetişdirilir.
Rektor işlədiyi bu illər Arif müəllimin yeni keyfiyyətlərini – təşkilatçılıq bacarığını, pedaqoji məharətini üzə çıxarıb. O, dünya standartlarına uyğun müasir bir təhsil ocağı yaratmağa nail olub. Buraya yolu düşən hər kəs gördüklərinə, xüsusən akademiya şəhərciyinə heyran qalır. Arif müəllimin haqqı var desin: Bu gün Azərbaycan təyyarələrini məharətlə idarə edən, bacarığına və peşə hazırlığına görə heç kəsdən geri qalmayan oğullar mənim yetirmələrimdir. Onun bir rektor, pedaqoq və alim kimi öz yetirmələri ilə fəxr etməyə, hətta öyünməyə tam haqqı var. Çünki akademiyanı belə bir yüksək səviyyəyə o çatdırıb…
Hər halda zəhmət itmir. Son illər Arif Paşayevin təltifləri sırasına daha iki ali mükafat – “Şöhrət” və “Şərəf” ordenləri də əlavə olunub.
Arif müəllim haqqında söhbət düşəndə onu yaxından tanıyanlar belə deyirlər: Qayğıkeş, xeyirxah, mehriban, təvazökar insan, müdrik ziyalı olan Arif Paşayev, eyni zamanda, etibarlı, bütöv şəxsiyyətdir. Qarşısına qoyduğu məqsədə çatmaq üçün ən doğru yolu seçməyi bacarır, yolundan dönmür, hədəfə doğru düşünə-düşünə, addım-addım, inadla irəliləyir. Bilik və istedadı bu insani və iradi keyfiyyətləri ilə birləşərək ona daim uğur gətirir.
Dünyada tanınan bir nəslin nümayəndəsi olan görkəmli alim və ziyalı haqqında qısa qeydləri AMEA-nın prezidenti akademik Akif Əlizadənin yerində deyilmiş bir fikri ilə tamamlamaq istəyirik: Arif Mircəlal oğlu Paşayevin simasında təkcə Azərbaycan ziyalısının obrazı deyil, həm də elmi elitanın müasir düşüncə səviyyəsi təcəssüm olunur.

Эльман Гадирли
корреспондент АзерТАдж

Ученый, который возвысился благодаря своему таланту, знаниям и служит примером своими человеческими и волевыми качествами

14.02.2014 [19:11]
Баку, 14 февраля (АзерТАдж). Академику Арифу Пашаеву исполняется 80 лет. Этот возраст – вершина мудрости в жизни.
В жизни есть такие моменты, когда человек отчитывается перед самим собой, перед его взором оживает пройденный жизненный путь. К таким моментам относятся и юбилеи и дни рождения. Ариф муаллим, как ученый, прожил насыщенную, содержательную жизнь, как интеллигент, своими светлыми делами, бурной деятельностью принес много пользы обществу. Он - выдающийся ученый и педагог, доктор физико-математических наук, профессор и академик, за достижения в области науки удостоен ряда высоких наград.
Все хорошо знают, сколько труда, напряженных поисков стоит за каждым научным званием, ученой степенью, наградой. А успех, открытие нового в области таких точных наук, как физика и математика, требуют особых знаний и таланта.
Жизнь неоднократно подтверждала огромную роль в формировании человека среды, в которой он рос, генетических факторов, и это ни у кого уже не вызывает сомнений. Ариф муаллим принадлежит к известному роду. Его отец – Мир Джалал Пашаев был одним из выдающихся писателей Азербайджана, ученым-литературоведом и педагогом, внесшим ценный вклад в обе сферы. Отчий дом Ариф муаллима напоминал научно-литературное собрание, где часто собирались многие прославленные личности – Самед Вургун, Мирза Ибрагимов, Сабит Рахман, Мехти Гусейн, Гамид Араслы, Джафар Хандан и другие. Это богатая, плодородная и неповторимая среда, естественно, не могла не повлиять на формирование мировоззрения Арифа Пашаева в годы его отрочества и юности. На самом деле, слушать беседы корифеев литературы, науки и музыки, воочию видеть их – это само по себе счастье, и в этом смысле Ариф муаллима можно считать вдвойне счастливым.
Высшее образование Ариф Пашаев получил в Одесском электротехническом институте связи, его первым местом работы был Бакинский государственный университет, а первой должностью – должность лаборанта. Знания и талант, помноженные на труд, позволили ему постоянно продвигаться вперед по ступеням науки и карьеры.
Вот основные этапы его трудовой и научной деятельности, начавшейся в 1957 году с должности лаборанта. 1959 год – младший научный сотрудник Института физики Академии Наук Азербайджана; 1960 год – аспирантура Государственного института редких металлов; 1966 год – ученый секретарь Отделения физико-математических и технических наук АН Азербайджана…
Спустя всего лишь 9 лет после окончания института – в 1966 году Ариф Пашаев защитил диссертацию на тему «Бесконтактный метод измерения параметров полупроводников в высоких и сверхвысоких частотах и обработка материалов» и получил ученую степень кандидата технических наук. Впервые в системе Академии Наук Азербайджана он создал установку высокой чувствительности. В дальнейшем, пойдя еще дальше, он разработал бесконтактный метод исследования электрических, фотоэлектрических и других свойств полупроводников. Как результат этих открытий и научных работ, было начато массовое производство предложенных ученым приборов, и этими работами непосредственно руководил сам Ариф Пашаев. Наконец, в 1978 году он защитил докторскую диссертацию на тему «Физические основы неразрушающих методов изучения полупроводников, принципы развития и перспективы применения» и получил ученую степень доктора физико-математических наук.
Так сменяли друг друга ступени, которые вели к вершинам науки. Совместно с учеными Академии Наук СССР Ариф Пашаев проводил исследования по актуальным проблемам физики, создал оригинальную экспериментальную установку с программным обеспечением. За достигнутые результаты он был удостоен специальной премии Ученого совета АН СССР, избран членом-корреспондентом АН Азербайджана.
Не довольствуясь достигнутым, Ариф Пашаев постоянно расширял сферу своих научных исследований, добивался более весомых результатов. Его труды были опубликованы в ряде престижных научных изданий зарубежных стран. За заслуги в развитии физики, в частности за достижения в области создания автономной гидроакустической информационной системы, в 1991 году он был удостоен Государственной премии Азербайджанской ССР. Под его руководством были созданы прогрессивные, экономически рентабельные и экологически чистые способы и средства для борьбы с гидратом в нефтегазовых трубопроводах и с парафином в нефтедобывающих трубах.
Если вы обратили внимание, Ариф Пашаев осуществлял деятельность в двух направлениях: как ученый, он проводил исследования и делал открытия, а как конструктор, непосредственно занимался их внедрением в производство, и в обоих сферах проделал достойную внимания работу.
Еще несколько фактов, подтверждающих насыщенную и многогранную деятельность выдающегося ученого: Ариф Пашаев является автором более 400 научных статей, свыше 30 книг и монографии, получил более 60 авторских свидетельств и патентов.
Большой период жизни Ариф муаллима связан со становлением и развитием национальной авиации. Возглавляя с 1996 года Национальную академию авиации, Ариф Пашаев внес большой вклад и в эту область. Под его руководством были воспитаны и воспитываются национальные кадры, необходимые для национальной авиации как вода и воздух, - авиаторы, инженеры, в целом, кадры по 16 специальностям.
Годы работы на посту ректора выявили новые качества Ариф муаллима – его организаторские способности, педагогический талант. Он сумел создать современное учебное заведение, соответствующее мировым стандартам. Каждый, кто хоть раз приходил сюда, восхищается увиденным, особенно академическим городком. Ариф муаллим по праву может сказать: сыны, которые сегодня умело управляют азербайджанскими самолетами, не уступают никому своими умениями и профессиональной подготовкой, - это мои воспитанники. У него, как ректора, педагога и ученого, есть полное право гордиться своими воспитанниками. Так как именно он поднял академию до столь высокого уровня…
В любом случае, труд не пропадает зря. В последние годы награды Арифа Пашаева пополнились еще двумя высокими наградами – орденами «Шохрат» и «Шараф».
Когда заходит речь об Ариф муаллиме, люди, близко знающие его, говорят: Ариф муаллим - отзывчивый, заботливый, справедливый, доброжелательный, скромный, надежный человек, мудрый интеллигент, цельная личность. Он умеет выбрать самый верный путь достижения поставленной цели, не сворачивает со своего пути, продвигается к цели продуманно, шаг за шагом, настойчиво. Знания и талант вкупе с человеческими и волевыми качествами неизменно приносят ему успех.
Краткие заметки о выдающемся ученом и интеллигенте, представителе известного во всем мире рода, хотелось бы завершить словами президента НАНА, академика Акифа Ализаде: В лице Арифа Мир Джалал оглу Пашаева воплощен не только образ азербайджанского интеллигента, но и современный уровень мышления научной элиты.

Leave a Reply

You must be logged in to post a comment.



Copyright © Azerbaijan Engineering Academy. All Rights Reserved