AZERI ENGLISH RUSSIAN

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalının 10 yaşı tamam olur

Новости Add comments

Bakı, 25 dekabr, AZƏRTAC

Baş redaktoru akademik Arif Paşayev olan, beynəlxalq aləmdə böyük nüfuz qazanmış “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” elmi-texniki jurnalının ilk sayının işıq üzü görməsinin 10 ili tamam olur.

AZƏRTAC xəbər verir ki, on il müddətində jurnal innovasiya texnologiyaları sahəsindəki nailiyyətləri əyani surətdə göstərib və onların inkişaf vektorunu istiqamətləndirib. Jurnal müxtəlif aktual problemləri qabartmaqla fərqlənir və elmi mühəndis düşüncəsinin mənbəyini göstərir. Belə ki, tədqiqatçılar, mütəxəssislər buradan yeni ideyalar əldə edir, öz yeni texniki işləmələri və təcrübələri, düşüncələri ilə fikir mübadiləsi aparır. Bu da mühüm istiqamətlərin işlənməsində əhəmiyyətli töhfə verir. Həmçinin aviakosmos, mexanika, maşınqayırma, energetika, neft-kimya, iqtisadiyyat, ekologiya və bir çox yeni inqilabi sənaye sahələrinin – nanomateriallar və nanotexnologiyalar kimi istiqamətlərin inkişafına əhəmiyyətli dərəcədə təkan verir.

Jurnal Azərbaycanın və xarici ölkələrin elmi həyatında fəal iştirak edir. Akademiyanın elmi orqanı olan bu jurnal dünya alimlərinin üzləşdiyi problemlərin həlli istiqamətlərinə üstünlük verir. Onun müəlliflərinin və abunəçilərinin coğrafiyası kifayət qədər genişdir. Jurnal alimlər və mühəndislərə öz konsepsiya, ideya, kəşf və ixtiraları haqqında sözlərini demək üçün çox ciddi tribunadır.

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalı məqalələri üç dildə dərc edir. Jurnal beynəlxalq analitik elmi sitat sistemi “SCOPUS”da qeydə alınıb və kommersiya məlumat bazanın köməyi ilə materialları paylaşır. Jurnalın tam mətn elektron versiyası Rusiya Universal Elmi Elektron Kitabxanasının bazasında mövcuddur və “Rusiyanın elmi sitat indeksləşməsi” (RESİ) layihəsinə daxil edilib və təyin etdiyi əmsalla jurnalın reytinqi təyin olunur.

Jurnalın kollektivinə mühəndislik elminin inkişafı istiqamətində yaradıcılıq uğurları arzulayırıq!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
https://azertag.az/xeber/1375497

Leave a Reply

You must be logged in to post a comment.



Copyright © Azerbaijan Engineering Academy. All Rights Reserved