AZERI ENGLISH RUSSIAN

Участие в Международной конференции «ПОЛИКОМТРИБ – 2019»

Анонсы, Новости Комментариев нет

Участие Вице-президента Инженерной академии Ахада Джанахмедова в Международной конференции «ПОЛИКОМТРИБ – 2019», 21-23 июня 2019 г., г.Гомель, Беларусь

Справа: Вице-Президент АИА профессор Джанахмедов А.Х., слева: директор Института механики металлополимерных систем НАН Беларуси, г. Гомель, д.т.н., профессор Григорьев А.Я. Обмениваются договором о сотрудничестве.

Mühəndislik Akademiyasında təqdimatlar

Новости Комментариев нет

От имени Президиума Азербайджанской инженерной академии Вице-Президент академии Ахад Джанахмедов вручает диплом Действительного члена Международной инженерной академии академику Джавиду Гурбанову.

От имени Президиума Азербайджанской инженерной академии Вице-Президент академии Ахад Джанахмедов вручает диплом Международной инженерной академии члену-корреспонденту МИА Керему Гасанову

От имени Президиума Азербайджанской инженерной академии Вице-Президент академии Ахад Джанахмедов вручает диплом Международной инженерной академии члену-корреспонденту МИА Сулейман Гасымову

“Dağılma mexanikası-2019″ konfransı

Новости Комментариев нет

Türkiyə, Ankara, 22-23 avqust 2019-cu il
Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Əhəd Canəhmədov konfransda məruzə ilə çıxış edir.

BMA-nın Qızıl medalınnın təqdim olunması

Новости Комментариев нет

От имени Президиума Азербайджанской инженерной академии Вице-Президент академии Ахад Джанахмедов вручает золотой медаль МИА Действительному члену Международной инженерной академии академику Джавиду Гурбанову.

Görkəmli alim Əhəd Canəhmədov Rusiya Təbiət Elmləri Akademiyasının I dərəcəli qızıl nişanı ilə təltif edilib

Новости Комментариев нет

Bakı, 14 may, AZƏRTAC

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti, Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) həqiqi üzvü Əhəd Canəhmədov RTEA-nın İdarə Heyətinin qərarı ilə yüksək elmi nailiyyətlərinə və təbiət elmlərinin kütləviləşdirilməsinə dair fundamental əsərinə görə “Akademiyanın Ulduzu” I dərəcəli qızıl nişanı ilə təltif edilib və ona döş nişanı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, RTEA-nın nizamnaməsinə görə, bu nişan ilə yüksək elmi nailiyyətlər göstərən, elmi məktəb yaradan, akademik hərəkatın inkişafına, RTEA-nın möhkəmlənməsinə və çiçəklənməsinə, xüsusən təbiət elmləri sahəsində töhfəsini verən akademiya üzvləri təltif olunur.
Əhəd Canəhmədov bir sıra xarici ölkə akademiyalarının həqiqi üzvüdür, bir çox ölkələrdə nəşr olunmuş 20-dən çox monoqrafiyanın, 3 elmi kəşfin və 400-dən çox elmi məqalə və patentin müəllifi və həmmüəllifidir. O, geniş auditoriya ilə asanlıqla ünsiyyət qurmağı bacaran istedadlı alim və nümunəvi müəllimdir.
Alimin bu yaxınlarda oxucuların ixtiyarına verdiyi zaman, məkan və yaranış haqqında yazdığı “Mühəndisliyin fəlsəfəsi” elmi-fəlsəfi traktatı cəmiyyətdə ona daha böyük rəğbət qazandırıb. Qeyd edək ki, bu, alimin traktat janrında yazdığı ikinci əsəridir. Müəllif yeni elmi-kütləvi traktatında bəşər tarixinin ən tutarlı səhifələrdən birinə - əvvəlki nəsillərin nailiyyətləri olan elmin və müasir elmi biliklərin inkişaf tarixinə nəzər salır. Müəllif zamana görə səyahət edərək, oxucuları zaman oxu nəzəriyyəsinin valehedici paradiqması və entropiyası ilə tanış edərək, onları orta əsrlərin türkdilli dünyasında təbiətşünaslıq elminin ən maraqlı inkişaf yolu ilə aparır. Əsərdə elmi-fəlsəfi sübutlarla Fövqəlmühəndisin (Yaradanın) mövcudluğuna və təkamülün anlaşılmasına nüfuz edilərək “Kainat necə inkişaf etmişdir?”, “Keçmiş gələcəkdən nə ilə fərqlənir?” və digər bu kimi suallara cavab axtarır. Kitab elmin kütləviləşdirilməsi məqsədilə sadə dildə yazılıb və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Известный ученый Ахад Джанахмедов награжден золотым знаком «Звезда Академии» I степени РАЕН

Новости Комментариев нет

Баку, 14 мая, АЗЕРТАДЖ

Известный азербайджанский ученый, доктор технических наук, профессор, вице-президент Азербайджанской инженерной академии, заведующий кафедрой «Транспортная механика» Азербайджанской национальной академии авиации, действительный член Российской Академии Естественных Наук (РАЕН) Ахад Джанахмедов решением Президиума РАЕН награжден золотым знаком «Звезда Академии» I степени с вручением ему диплома и нагрудного знака за высокие научные достижения и фундаментальный труд по популяризации естественных наук.

Как сообщает АЗЕРТАДЖ, согласно уставу РАЕН, этим знаком награждаются члены РАЕН за высокие научные достижения, создание научных школ, развитие академического движения, содействие укреплению и процветанию РАЕН, особенно в области естественных наук.

Ахад Джанахмедов является действительным членом ряда академий зарубежных стран, автором и соавтором более 20 монографий, 3 научных открытий и около 400 научных статей и патентов, опубликованных в различных странах мира. Как ученый и преподаватель он стал примером для подражания многих, кто общается с широкой аудиторией.

Наибольшую популярность принес ученому его недавно предложенный вниманию читателей научно-философский трактат «Философия инженерии» - о пространстве, времени и мироздании. Напомним, что это уже второй трактат ученого. В новом произведении автор рассматривает одну из самых захватывающих в истории человечества страниц – достижения предыдущих поколений, историю науки и развитие современных научных знаний. Автор знакомит нас с увлекательной парадигмой – стрелой времени и энтропией, а также с теорией информации. Книга ведет по захватывающему пути развития науки естествознания в тюркоязычном мире в период Средневековья. Произведение пронизано научно-философскими доказательствами существования Всевышнего Инженера и пониманием эволюции: как развивалась Вселенная? чем прошлое отличается от будущего? Книга популяризирует естественные науки на доступном для широкого читателя языке.
https://azertag.az/ru/xeber/1282312

Qırğısıstan Mühəndislik Akademiyasından təbrik məktubu

Новости Комментариев нет

Akademik Əhəd Canəhmədova Qırğısıstan Respublikasının
Mühəndislik Akademiyasının Prezidenti K.Ç.Kojoqulovun təbrik məktubu

Akademik Cavid Qurbanova Beynəlxalq Mühəndislik Akadmiyasının “Qızıl medalı”nın təqdim olunması

Новости Комментариев нет

Azərbaycan Mühəndislik Akademiyasının HESABATI (2018-ci il)

Новости Комментариев нет

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi yolunu seçib və qeyri – neft seqmentinin möhkəmləndirilməsi ölkəmiz üçün prioritet olub. Azərbaycan Mühəndislik Akademiyası bunu nəzərə alaraq bütün qüvvələrini qeyri – neft sənayesinin inkişafına, aqrar sektorun sənayeləşməsinə və dirçəldilməsinə yönəldib. Akademiya ölkənin davamlı inkişafı strategiyasının işlənib hazırlanmasına və təkmilləşdirilməsinə xüsusi diqqət yetirir.
Azərbaycan Mühəndislik Akademiyası (AMA) yaradıcı şəxsiyyətin özünüifadəsinə, təhsilin inkişafına, Azərbaycanda tətbiqi elmi tədqiqatların genişləndirilməsinə yönəlmiş bütün mühəndislik istiqamətləri üzrə alim və mütəxəssisləri öz sıralarında birləşdirən ictimai yaradıcı elmi təşkilatdır.
Akademiyanın sıralarında aparıcı elmi tədqiqat təşkilatlarının və ali məktəblərin elmlər doktorları və namizədləri, professorlar və dosentlər, mühəndislik elmi istiqamətlərinin əsasını qoyanlar cəmləşib. Akademiyanın üzvləri arasında Dövlət Mükafatı laureatları, əməkdar elm və texnika xadimləri, digər fəxri ad sahibləri vardır.
Hazırda, Azərbaycan Mühəndislik Akademiyasının həqiqi və müxbir üzvlərinin sayı 45 nəfərdən ibarətdir, onlardan 24-ü akademik, 21-i müxbir üzvlərdir. Bundan əlavə, bir nəfər Fəxri üzv və 4 nəfər Əcnəbi üzvlərdir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir. Telekommunikasiya peyki orbitə çıxarılıb, hazırda bu peykin köməyi ilə 154-dən çox telekanalın və 30 radiostansiyanın verilişləri yayımlanır.
2018-ci ilin sentyabr ayında Azərbaycan Fransanın “Arianespace” şirkəti ilə birlikdə növbəti “Azerspace-2” peykini orbitə çıxarıb. Bu peyk artıq orbitdə olan “Azerspace-1” peykinin əhatə dairəsini genişləndirməklə bərabər, onun üçün ehtiyat rolu yerinə yetirir, bu da əhaliyə daha etibarlı xidmətlər göstərməyə imkan verir. Bu peykin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir. Mühəndislik Akademiyası bu proqramın həyata keçirilməsində fəal iştirak edir və kosmos üzrə şuraya rəhbərlik edir.
Neftlə çirklənmə parametrlərinin qiymətləndirilməsi üçün yüksək ayırdetmə qabiliyyətli “RADARSAT-2” kosmik radiolokasiya sistemindən istifadə edilməsi əsasında Xəzər dənizinin Azərbaycan sektoru akvatoriyasında neft sızmaları parametrlərinin aşkar edilməsi üzrə işlər davam etdirilir.
Akademiyanın Rəyasət Heyətinin qərarı ilə Milli Aviasiya Akademiyası bazasında müasir avadanlıq, cihazlar və alətlərlə təchiz olunmuş texnopark yaradılıb, bu texnopark tələbələrin və magistrlərin sərəncamına verilib.
2018-ci ildə energetika sahəsində tarixi hadisələr baş verib. Belə hadisələrdən biri “Azəri – Çıraq – Günəşli” yatağına dair kontraktın müddətinin 2050-ci ilə qədər uzadılmasıdır. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR digər tərəfdaşları ilə birlikdə bu layihədə operator qismində iştirak edir. Layihədə Azərbaycan Mühəndislik Akademiyasının üzvləri də fəal iştirak edirlər. Bu layihə neft hasilatını hələ uzun illər ərzində sabit səviyyədə saxlamağa imkan verəcək. Cənub Qaz Dəhlizinin, habelə TANAP və TAP qlobal layihələrinin həyata keçirilməsi uğurla davam edir.
Marşrutların şaxələndirilməsi və Böyük İpək Yolu üzərində yerləşən ölkələrlə iqtisadi əlaqələrin genişlənməsi baxımından nəqliyyat müstəqilliyini, o cümlədən Avropa qitəsinin müstəqilliyini təmin edən daha bir genişmiqyaslı transregional layihə Bakı – Tbilisi – Qars dəmir yoludur. Bu layihə bizə ən yaxın qonşu ölkələr arasında münasibətləri dərinləşdirməyə və möhkəmlətməyə kömək edəcək. Bu layihənin sayəsində biz bir sıra problemləri həll edə biləcəyik. Məsələn, Avropaya qatarla getmək mümkün olacaq, iki günə İstanbula çata biləcəyik. Bu layihə həyata keçiriləndən sonra Pekindən Londona 12 günə çatmaq imkanı yaranacaq. Mühəndislik Akademiyası üzvlərinin də iştirak edəcəyi bu tarixi layihənin reallaşdırılması Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirəcək. Bizim akademiyanın üzvləri Şimal – Cənub nəqliyyat dəhlizinin reallaşması sahəsində də mühüm addımlar atırlar. Bu layihə İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edəcək.
Son bir neçə ildə Azərbaycan hökuməti ölkədə sürət qatarları konsepsiyasını fəal şəkildə reallaşdırır. Sovet dövründən miras qalmış dəmir yolu infrastrukturu artıq dövrümüzün tələblərinə cavab vermir və onun əsaslı şəkildə modernləşdirilməsinə ehtiyac var. Sürətli marşrutun istifadəyə verilməsi nəticəsində artıq Bakı ilə Sumqayıt arasında əsas avtomobil magistralında avtomobillərin axını, yollarda tıxacların sayı azalıb. Nisbətən qısa müddət ərzində elektrik qatarından istifadə edən sərnişinlərin sayı iki milyonu aşıb. Hər gün 6 mindən çox insan bu elektrik qatarından istifadə edir, bu isə o deməkdir ki, insanlar layiqli alternativin üstünlüyünü və rahatlığını düzgün qiymətləndiriblər.
Qəbələ son illərdə Azərbaycanın inkişaf etmiş turizm mərkəzinə çevrilib. Bu istiqamətdə turist axını istər qışda, istərsə də yayda azalmır. 2019-cu ilin sonunda Bakının mərkəzindən Qəbələ aeroportuna qədər dəmir yolu istifadəyə veriləndən sonra bu məsafəni 2,5 saata qət etmək mümkün olacaq. Bu marşrut üzrə hərəkət edəcək, 367 sərnişin tutumu olan ikimərtəbəli “Ştadler” dəmir yolu ekspreslərinin sürəti saatda 120 ÷ 140 kilometrə çatacaq. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı – Gəncə sürətli dəmir yolu marşrutu yaradır. Bu layihəni 2019-cu ilin sonuna qədər tamamlamaq planlaşdırılır. Bütün bunlar logistika məsələsinin həllini aktuallaşdırıb. Bu istiqamətə turistlərlə yanaşı, yerli sakinlər də üstünlük verir. Bütün bu layihələrin reallaşdırılmasında Azərbaycan Mühəndislik Akademiyasının üzvləri çox fəal iştirak edirlər.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsi çərçivəsində Hollandiyanın “Royal Haskoning” şirkəti ilə birlikdə bərə terminalı da açılıb. Bizim akademiyanın üzvləri bu layihədə də iştirak ediblər. Limanın yükaşırma həcminin ildə 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olması nəzərdə tutulur. Layihəyə əsasən limanda logistika mərkəzinin yaradılması da böyük əhəmiyyət kəsb edir. Bu mərkəz Azərbaycanın Qərb ilə Şərq arasında yükaşırma məntəqəsinə çevrilməsinə imkan verəcək.
Sənaye innovasiya texnologiyalarının tətbiq edilməsi sahəsində akademiyada ayrı-ayrı birlik və müəssisələrin sifarişi ilə praktika üçün əhəmiyyətli məsələlər yerinə yetirilir. Məsələn, “Aqreqat” İstehsal Birliyinin sifarişi ilə gücü 2000 vatta qədər olan aviasiya qızdırıcıları üçün termostabilizasiya və qəza ayırma qurğusu yaradılıb. Azərbaycan Mühəndislik Akademiyası çərçivəsində “İqlim” Elm – İstehsal Müəssisəsinin sifarişi ilə çoxdamarlı sıxacların avtomatik yoxlanması və elektromontaj sınaqları üçün daha mükəmməl qurğunun yaradılması başa çatdırılıb.
Suyun ilkin tərkibi mürəkkəb və çox çirkli olduğu yaşayış məntəqələri üçün içməli suyun təmizlənməsi üzrə modul qurğusunun yeni avtomatik idarəetmə blokunun yaradılması da davam etdirilir. Bu qurğu modulun işini məsafədən simsiz müşahidə və idarə etməyə imkan verəcək.
Akademiyanın alim və mühəndisləri neft – kimya texnologiyaları sahəsində neft – qaz mədənlərinin tərkibində kükürd – hidrat və karbon qazı olan lay sularında metalın qorunması üçün korroziya ingibitorları yaradıblar. Bu ingibitorların yaradılması zamanı neft-kimya sintezi üçün xammal mənbələri qismində təbii və sintetik üzvi turşulardan istifadə edilib.
Akademiyada ozonlaşdırma texnologiyası və xüsusi təyinatlı müvafiq avadanlıq yaradılıb. Bu avadanlıqdan aviasiyada, təbabətdə, kənd təsərrüfatında və ölkə iqtisadiyyatının digər sahələrində istifadə edilir.
Aqrosənaye sektorunda ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə kənd təsərrüfatının inkişafı sahəsində quraqlığa davamlı kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi, düzənlik və dağətəyi quraqlıq zonalarda və Azərbaycan Respublikasının eniş – yoxuşlu torpaqlarında eroziyaya qarşı mübarizə və sudan istifadə proqramlarını xüsusi qeyd etmək lazımdır. Azərbaycan bu istiqamətdə Rusiya Federasiyası ilə birlikdə kənd təsərrüfatının inkişafına dair dövlətlərarası proqram hazırlayır. Bizim akademiya N.İ.Vavilovun genetik resurslara aid elmi irsinin inkişaf etdirilməsi üzrə birgə iş aparır.
Toxumların səpin keyfiyyətini yüksəltmək məqsədilə biz morfoloji göstərici əsasında ozonlu mühitdə kənd təsərrüfatı bitkiləri toxumlarının səpinqabağı stimullaşdırılmasının səmərəli dozasını müəyyən etmək metodunu təklif etmişik və toxumun sortundan asılı olaraq avtomatik idarə edilən doza hesablayan qurğunun eksperimental nümunəsini yaratmışıq.
2018-ci ilin iyun ayında Bakıda Dünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatı tərəfindən “Əqli mülkiyyətin innovasiyalı iqtisadiyyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Bizim akademiyanın həmin konfransa təqdim etdiyi işlər müsbət qiymətləndirilib.
Beynəlxalq əməkdaşlıq sahəsində bizim akademiya bir sıra milli və beynəlxalq akademiyalar və mühəndis cəmiyyətləri ilə əlaqələri və səmərəli əməkdaşlığı nizamlamağa səy göstərir. Azərbaycan Mühəndislik Akademiyası Beynəlxalq Mühəndislik Akademiyası ilə birlikdə Sloveniya, Belarus, Gürcüstan və Qırğızıstanın mühəndis akademiyaları ilə üçtərəfli müqavilələr imzalayıb.
İslam Ölkələri Mühəndislik İnstitutları Federasiyasının (İÖMİF) tərkib hissəsi kimi biz Azərbaycan Mühəndislik Akademiyası ilə İÖMİF və onun üzvləri arasında əməkdaşlığı genişləndiririk.
Bizim akademiyanın üzvləri il ərzində 4 konfrans, çoxsaylı dəyirmi masalar, seminarlar və ustad dərsləri təşkil edib, bir sıra konqreslərdə, beynəlxalq və regional elmi forumlarda, simpozium və konfranslarda iştirak ediblər.
Üzərində iş gedən bütün layihələrə ölkənin aparıcı elmi potensialı, o cümlədən Milli Elmlər Akademiyası, aparıcı ali məktəblər və onların intellektual-innovasiyalı klasteri, Azərbaycan Mühəndislik Akademiyasının da aid olduğu elmi mərkəzlər və təşkilatlar cəlb edilir.
Bizim mühəndislər birliyinin fikrincə, təhsildə əsas resurs məhz istedadlı və hazırlıqlı insanlar olmalıdır.
Milli Aviasiya Akademiyasında hər il aviakosmik problemlərin həllində gənclərin kreativ potensialının üzə çıxarılmasına və inkişaf etdirilməsinə həsr olunmuş “Fevral mühazirələri” keçirilir. Bu mütaliələrin təşkilatçıları Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC (AZAL), Milli Aviasiya Akademiyası, Azərbaycan Mühəndislik Akademiyası və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətidir. “Fevral mühazirələri – 2018” çərçivəsində “Aviakosmik problemlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda III Beynəlxalq elmi – praktiki gənclər konfransı keçirilib. Konfransın işində Rusiya, ABŞ, İngiltərə və Qazaxıstandan gəlmiş xarici qonaqlar iştirak ediblər. Gənclər arasında riyaziyyat və fizika, müasir informasiya – kommunikasiya texnologiyaları sahəsində aparıcı mütəxəssislərin ustad dərsləri, dəyirmi masalar keçirilir.
Ötən il bizim akademiyanın üzvləri onlarca kitab, monoqrafiya, o cümlədən “Aviasiya materialşünaslığı”, “Mezomexanika və plastiklik fizikası”, “Synergetics and Fractals in Tribology”, “Materiallar müqaviməti” adlı kitablar, “Mühəndislik fəlsəfəsi” traktatı və bir sıra başqa əsərlər nəşr ediblər. Ümumilikdə 60-a yaxın elmi məqalə dərc edilib, 5 patent, o cümlədən Avrasiya patenti alınıb. Akademiyanın üzvləri, o cümlədən xarici alimlər mühəndis cəmiyyətinin inkişafına verdikləri böyük töhfəyə görə Mühəndislik Akademiyasının beş qızıl “Mühəndis rəşadəti” medalı ilə təltif ediliblər. Akademiyanın üç üzvü mühəndislik tədqiqatlarının tətbiqinə görə üç nominasiya üzrə akademiyanın “İlin mühəndisi” fəxri adına layiq görülüb, onlara diplom və xatirə medalları təqdim edilib. Akademiya üzvlərinin xidmətləri dövlət, hökumət və ictimai təşkilatlar tərəfindən qeyd edilib: akademiyanın 6 üzvü orden və medallarla təltif edilib, 1 nəfər “Əməkdar mühəndis”, 2 nəfər “Əməkdar müəllim” fəxri adlarına layiq görülüb, 3 nəfərə “İlin mühəndisi” fəxri adının diplomları və xatirə medalları təqdim edilib.
Akademiyanın elmi orqanı – “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” adlı beynəlxalq elmi – texniki jurnal 10 il ərzində Azərbaycanın və xarici ölkələrin elmi həyatında fəal iştirak edir. Jurnal bütün dünya alimlərinin araşdırdığı problemlərin vəziyyətinə böyük əhəmiyyət verir. “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalı internet şəbəkəsində inteqrasiya edilmiş elmi resursun hüquqi sahibidir. Buraya Rusiya Elmi Sitatgətirmə İndeksi (RESİ) daxildir. Bu indeksin əmsalı jurnalın reytinqini müəyyən edir.
2018-ci il bir sıra yeni layihələrin iştirakçısı kimi Azərbaycan Mühəndislik Akademiyası üçün səmərəli il, iqtisadi artımın bərpası, iri infrastruktur layihələrinin reallaşdırılması, genişmiqyaslı regional və beynəlxalq sammitlərin keçirilməsi ili olub.

ОТЧЕТ Азербайджанской Инженерной Академии за 2018 год

Новости Комментариев нет

Азербайджан взял курс на диверсификацию экономики, и укрепление ненефтяного сегмента приобрело приоритетный характер для страны. Учитывая это, Азербайджанская инженерная академия все свои силы направила на развитие ненефтяной промышленности, а также индустриализацию и возрождение аграрного сектора. Особое внимание академия уделяет выработке и совершенствованию стратегии устойчивого развития страны.
Академия объединяет в своих рядах докторов и кандидатов наук, про-фессоров и доцентов ведущих научно-исследовательских организаций и вузов, основателей инженерных научных направлений. Среди членов академии – лауреаты Государственной премии, заслуженные деятели науки и техники, обладатели других почетных званий.
В настоящее время количество действительных членов и членов-корреспондентов Азербайджанской Инженерной академии составляет 45 человек, из них 24 – академики, 21 – члены-корреспонденты, 1 Почетный член академии и 4 Иностранных члена академии.
Как известно, в Азербайджанской Республике осуществляется Государ-ственная программа по созданию и развитию космической промышленности. Выведен на орбиту телекоммуникационный спутник, с помощью которого в настоящее время ведется вещание более 154 телеканалов и 30 радиостанций.
В сентябре 2018 года Азербайджан совместно с французской компа-нией Arianespace запустил на орбиту очередной спутник – Azerspace-2. Наряду с расширением зоны охвата спутник стал резервом для Azerspace-1, находящегося на орбите, что позволило оказывать населению еще более надежные услуги. В зону обслуживания спутника вошли страны Европы, Центральной и Южной Азии, Ближнего Востока и Африки. Инженерная академия принимает активное участие в реализации этой программы и руководит Советом по космосу.
На основе использования космической радиолокации высокого разре-шения RADARSAT-2 для оценки параметров нефтяных загрязнений продол-жаются работы по выявлению параметров разливов нефти в акватории азер-байджанского сектора Каспийского моря.
По решению Президиума академии на базе Национальной академии авиации построен Технопарк, оснащенный современным оборудованием, приборами и инструментами и переданный в распоряжение студентов и магистров.
В 2018 году произошли исторические события в области энергетики. Одно из них – продление контракта по месторождению «Азери-Чыраг-Гюнешли» до 2050 года. Государственная нефтяная компания Азербайджана – SOCAR вместе с другими партнерами примут участие в этом проекте в качестве оператора. В проекте принимают активное участие и члены Азербайджанской инженерной академии. Проект позволит нам на протяжении еще многих лет сохранить стабильным уровень добычи нефти. Успешно продолжается реализация Южного газового коридора, а также глобальных проектов TANAP и ТАР.
Еще один масштабный трансрегиональный проект, обеспечивающий транспортную независимость, в том числе и европейского континента в плане диверсификации маршрутов и расширения экономических связей со странами, расположенными на Великом Шелковом Пути, - это железная дорога Баку-Тбилиси-Карс. Проект поможет углублению и укреплению отношений между ближайшими соседними странами. Благодаря этому проекту мы сможем решить ряд проблем: например, до Европы можно будет добраться на поезде, за два дня мы сможем добраться до Стамбула. После реализации этого проекта появится возможность добираться от Пекина до Лондона за 12 дней. Реализация данного исторического проекта, с участием членов и Инженерной академии, превращает Азербайджан в один из международных транспортных центров. Также члены нашей академии предпринимают важные шаги в области реализации транспортного коридора Север-Юг, который обеспечивает строительство железной дороги до границы с Ираном.

Последние несколько лет правительство Азербайджана активно реализует в стране концепцию скоростных поездов. Доставшаяся в наследство от советской эпохи железнодорожная инфраструктура уже не отвечает требованиям времени и нуждается в коренной модернизации. Ввод в эксплуатацию скоростного маршрута уже разгрузил автомобильный поток на основной автомагистрали между Баку и Сумгаитом, сократив пробки и заторы на дорогах. За сравнительно небольшой промежуток времени число пассажиров, воспользовавшихся электричкой, превысило два миллиона человек. Ежедневно этой электричкой ездят более 6 тысяч человек, а это значит, что люди по достоинству оценили преимущество и комфорт до-стойной альтернативы.
В последние годы Габала превратилась в развитый туристический центр Азербайджана. При этом поток туристов в этом направлении не иссякает ни зимой, ни летом. После сдачи железной дороги в эксплуатацию (к концу 2019 года) из центра Баку до аэропорта в Габале можно будет доехать за 2,5 часа. По маршруту, развивая скорость до 120-140 км, будут курсировать железнодорожные двухэтажные экспрессы «Штадлер» вме-стимостью 367 пассажиров. ЗАО «Азербайджанские железные дороги» создает скоростной железнодорожный маршрут Баку - Гянджа. Этот проект планируется завершить уже до конца 2019 года. Все это актуализировало решение логистической задачи. Помимо туристов, это направление очень востребовано и среди местных жителей. В реализации всех этих проектов самое активное участие принимают члены Азербайджанской инженерной академии.

В Азербайджане состоялось также открытие паромного терминала в рамках первого этапа нового комплекса Бакинского международного морского торгового порта совместно с голландской компанией «Royal Haskoning. В проекте участие приняли и члены нашей академии. Предполагается, что объем перевалки грузов порта составит 25 миллионов тонн грузов и 1 миллион контейнеров в год. Создание в порту, согласно проекту, логистического центра также представляет важное значение. Центр позволит Азербайджану стать перевалочным пунктом между Западом и Востоком.

В области внедрения промышленных инновационных технологий в академии по заказу отдельных объединений и предприятий выполняются важные задачи для практики. Так, например, по заказу Производственного Объединения «Агрегат» разработано устройство термостабилизации и аварийной отсечки для авиационных нагревателей мощностью до 2000 ватт. В рамках Инженерной академии Азербайджана по заказу Научно-производственного предприятия ”İqlim” завершена разработка более совершенного устройства автоматической проверки и испытания электромонтажа многожильных жгутов.
Продолжается также разработка нового блока автоматического управления модульным устройством очистки питьевой воды для населенных пунктов со сложным и сильно загрязненным составом исходной воды. Устройство позволяет дистанционное беспроводное наблюдение и управление работой модуля.
В области нефтехимических технологий ученые и инженеры акаде-мии разработали ингибиторы коррозии для защиты металла в пластовых водах нефтегазовых промыслов, содержащих сероводород и углекислый газ. При разработке ингибиторов в качестве сырьевых источников для нефтехимического синтеза были использованы природные и синтетические непредельные органические кислоты.
Также в академии разработана технология озонирования и соответствующее оборудование специального назначения, которое используется в авиации, медицине, в сельском хозяйстве и других областях экономики страны.

В агропромышленном секторе с целью обеспечения продовольственной безопасности страны в области развития сельского хозяйства особо следует выделить программы разработки засушливо устойчивых сельскохозяйственных культур, по борьбе с эрозией и по водопользованию на равнинах, в предгорных засушливых зонах и на склоновых землях Азербайджанской Республики. В этом направлении Азербайджан совместно с Российской Федерацией готовит межгосударственную программу по развитию сельского хозяйства. Наша академия проводит совместную работу по развитию научного наследия Н.И. Вавилова по генетическим ресурсам.
С целью повышения посевных качеств семян нами предложен метод определения эффективной дозы предпосевного стимулирования семян сель-скохозяйственных культур в озонсодержащей среде на основе морфологиче-ского показателя и создан экспериментальный образец автоматически управляемой установки с вычислителем дозы в зависимости от сорта.
В июне 2018 года Всемирной Организацией интеллектуальной собственности и Евразийской патентной организацией в Баку проведена международная конференция на тему «Вклад интеллектуальной собственности в инновационную экономику». Представленные работы нашей академии были оценены положительно.

В сфере международного сотрудничества наша академия прикладывает усилия для налаживания контактов и плодотворного сотрудничества со многими национальными и международными академиями и инженерными сообществами. Азербайджанская инженерная академия совместно с Международной Инженерной академией подписали трехсторонний договор с инженерными академиями Словении, Беларуси, Грузии, Киргизии.
Войдя в состав Федерации Инженерных Институтов Исламских Стран (ФИИИС), мы углубляем сотрудничество между АИА и ФИИИС и ее членами.
Члены нашей академии в течение года были организаторами 4 конференций, круглых столов, семинаров и мастер-классов, а также участвовали на многих конгрессах, международных и региональных научных форумах, симпозиумах и конференциях.
Ко всем действующим проектам привлекается ведущий научный потен-циал страны, в основном представленный Национальной академией наук, ве-дущими вузами страны и его интеллектуально-инновационным кластером, научными центрами и организациями, к которым относится и Азербайджан-ская инженерная академия.
По мнению нашего инженерного сообщества, именно люди, талантливые и подготовленные, должны явиться основным ресурсом в образовательном плане.
В Национальной академии авиации ежегодно проводятся «Февральские чтения», посвященные раскрытию и развитию креативного потенциала молодежи в решении авиакосмических проблем. Организаторы чтений – Министерство образования, ЗАО «Азербайджан Хава Йоллары» (AZAL), Национальная академия авиации, Азербайджанская инженерная академия и ОАО «Азеркосмос». В рамках «Февральских чтений – 2018» прошла III Международная научно-практическая молодежная конференция на тему «Творческий потенциал молодежи в решении авиакосмических проблем». В работе конференции приняли участие зарубежные гости из России, США, Англии и Казахстана. Среди молодежи проводятся мастер-классы ведущих специалистов в области математики и физики, современных информационно-коммуникационных технологий, «круглые столы».
За прошлый год члены нашей академии издали десятки книг, моногра-фий, в том числе «Авиационное материаловедение», «Мезомеханика и физика пластичности», «Synergetics and Fractals in Tribology», «Сопротивление материалов», трактат «Инженерная философия» и многие другие. Опубликовано около 60 научных статей, получено 5 патентов, в том числе и евроазиатский. За большой вклад в развитие инженерного сообщества члены академии, в том числе зарубежные ученые, награждены 5 золотыми медалями Инженерной академии «Инженерная Доблесть». За внедрение инженерных разработок трое членов академии получили почетное звание академии «Инженер года» по трем номинациям с вручением диплома и памятной медали. Заслуги членов академии отмечены государственными, правительственными и общественными организациями: 6 членов академии награждены орденами и медалями, 1 человек получил почетное звание Заслуженного инженера, 2 человека - Заслуженного учителя, 3 человека – дипломы почетного звания «Инженер года» и памятные медали.
Научный орган академии – международный научно-технический журнал «Вестник Азербайджанской Инженерной академии» - на протяжении 10 лет активно участвует в научной жизни Азербайджана и зарубежных стран. Журнал придает большое значение видению проблем, над которыми работают ученые всего мира. Журнал «Вестник Азербайджанской Инженерной академии» является правообладателем интегрированного научного ресурса в сети Интернет, включающего Российский индекс научного цитирования (РИНЦ), коэффициент которого и определяет рейтинг журнала.
2018 год был для Азербайджанской инженерной академии как участника многих новых проектов результативным, годом восстановления роста экономики, реализации крупных инфраструктурных проектов и проведения масштабных региональных и международных саммитов.



Copyright © Azerbaijan Engineering Academy. All Rights Reserved